vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
14:27 | 29 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2479 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərhəddə döyüş

Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, generalı yaralandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün sərhəddə baş vermiş insidentlə bağlı Ermənistan jurnalistləri tələsik KTMT hərbi blokuna zəng vurublar, lakin arzuladıqları cavabı ala bilməyiblər.

News.am saytı insidentlə bağlı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdionva zəng vurub. Zaynetdionov sualı eşidəndən sonra əvvəlcə deyib ki, bu sualı Ermənistan hakimiyyətinə ünvanlamaq lazımdır. Daha sonra o, xəstəliyə görə məzuniyyətə çıxdığını və insident barədə KTMT-nin məlumata malik olub-olmadığını yaxın saatlarda dəqiqləşdirə bilməyəcəyini bildirib. Bəs erməni jurnalist hara müraciət etsin, dərdini kimə desin? Zaynetdinov deyib ki, əlinin altında sorğu-məluma kitabçası yoxdur və bir saat sonra zəng vurmaq lazımdır. Bir saat sonra isə KTMT-də dəstəyi qaldıran olmayıb...

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədində insident KTMT-nin Sankt-Peterburqda keçirilən sammitindən iki gün sonraya təsadüf edib. Həmin sammitdə Belarus prezident Aleksandr Lukaşenko iştirak etmədiyinə görə Ermənistandan olan generalın KTMT-nin baş katibi seçilməsi yenə mümkün olmamışdı.

 

***

 

12:45

Ermənistan Müdafiə Nazirliyi bu gün səhər Azərbaycanla sərhəddə, Çinari kəndi yaxınlığında gedən döyüşlər zamanı 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib.

Bunlar sıravi əsgərlər Narayan və Abovyan, baş leytenant Melikyandır.

 

***

 

11:58

Son məlumata görə Ermənistan ordusu Azərbaycanla sərhəddə gedən döyüşlərdə ciddi itki verib.

Virtualaz.org xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ovik Abovyan bu gün səhər başlayan döyüşlər zamanı üç hərbçinin-iki sıravi əsgərin və bir zabitin öldüyünü açıqlayıb. Ermənistan Müdafiə Nazirliyi məlumatı hələ şərh etməyib.

 

***

 

11:51

Ermənistan Müdafiə Nazirliyi iddia edir ki, bu gün səhər saatlarında Azərbaycanla sərhəddə, Tavuş vilayətinin Çinari kəndi istiqamətində Azərbaycan ordusunun «diversiya həmləsi» qeydə alınıb və döyüş başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyanın az əvvəl özünün «Facebook» səhifəsində yazdığına görə döyüş hələ də davam edir, tərəflər snayper silahlarından və qumbaraatanlardan istifadə edir.

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistanla sərhədin həmin istiqamətində xüsusi gərginlik barədə məlumat yaymayıb. Bununla belə nazirliyin atəşkəsin pozulmasına dair bu günə olan xronikasına əsasən düşmən ordusu İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində yerləşən mövqelərimizi atəşə tutub. Düşmənə qarşı cavab tədbirləri görülüb.

Ermənistan ordusunun Azərbaycanla sərhədin qərb istiqamətinə cavabdeh olan 3-cu ordu korpusunun komandiri, polkovnik Ayk Petrosyan jurnalistlərə bildirib ki, atışmaya baxmayaraq Çinari kəndində situasiya sakitdir, əhali arasında panika yaranmayıb.

Bu arada səhər saat 07.30 radələrində Ermənistan silahlı qüvvələri Baş qərargahının rəis müavini, general-leytenant Enriko Hapriamovun avtomobili Azərbaycanla sərhəddəki döyüş mövqelərindən birinə gedərkən qəzaya düşüb.

Ermənistan KİV-lərinin məlumatına görə general və sürücüsü yaralanıb, onlar hərbi hospitala aparılıb. Lakin həyatları üçün təhlükə yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan məlumatı təsdiqləyib. Məlumata Hapriamov Ermənistan parlamentinin spikeri Qalust Saakyanla birlikdə hərbçilərlə görüşmək üçün döyüş mövqelərinə gedirdi.