vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
19:43 | 29 dekabr 2016 | Cümə axşamı Məqaləyə 2610 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Düşmən pusquya düşdü»

Müdafiə Nazirliyi: «Erməni əsgərləri xeyli itki verərək geri çəkildi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan ordusunun bu gün səhər saatlarında Çinari kəndinin yaxınlığında gedən döyüşlər zamanı yaralanan hərbçiləri Berd rayonundakı xəstəxanaya aparılıb. Oradan isə yaralılar Muratsan adına hərbi hospitala göndərilib.

Bu barədə erməni KİV-ləri bildirir.

Lakin həmin xəstəxanalardan məlumatı təsdiq etmirlər. Berd xəstəxanasından deyiblər ki, yaralı hərbçilərin gətiriləcəyini eşidiblər, ancaq hələ gələn yoxdur. Müdafiə Nazirliyinin rəsmisi Artsurun Ovanisyan yaralılar barədə daha sonra məlumat yayacaqlarını bildirib.

 

***

 

14:27

Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər Ermənistanla sərhəddə, Çinari kəndi istiqamətində gedən döyüşlər barədə nəhayət rəsmi məlumat yayıb. Məlumatda deyilir:

Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Son zamanlar cəbhə xəttində nisbi sakitliyin hökm sürməsi, görünür Ermənistanı qane etmir və qarşı tərəf məqsədyönlü şəkildə, vaxtaşırı bu kimi təxribatlara əl atır.

Müdafiə Nazirliyi bildirir ki, əgər bundan sonra da düşmənin bu cür fəaliyyəti davam edərsə o, daha böyük və ağır itkilərlə üzləşəcəkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun bir əsgərinin cəsədinin onların nəzarətində olan ərazidə qaldığını iddia edir.