ABŞ kəşfiyyatı Putinə zərbə hazırlayır
Seçkilərə müdaxilə haqda məxfi hesabatın bir hissəsi açıqlanacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
ABŞ kəşfiyyatının ən yüksək vəzifəlisi bəyan edib ki, Rusiyanın ABŞ seçkisinə iddia edilən müdaxiləsinin motiv və məqsədləri gələn həftə açıqlanacaq.
Milli Kəşfiyyat Agentliyinin baş direktoru Ceyms Klepper Konqres qarşısındakı çıxışında bildirib ki, Vladimir Putinin motivləri tam şəkildə bəyan ediləcək.
ABŞ-ın kəşfiyyat agentlikləri bu qənaətdədirlər ki, Demokratik Partiyanın serverlərinə haker müdaxiləsini məhz Kreml əmr edib. Moskva bu iddiaları rədd etsə də, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalarını elan edib.
ABŞ seçkisinə «xarici müdaxiləyə dair hesabat» yanvarın 5-də prezident Obamaya təqdim edilib.
Prezident seçilmiş Donald Tramp hesabatla yanvarın 6-da tanış ediləcək və bundan sonra onun məxfi olmayan versiyası ictimaiyyət üçün açıqlanacaq.
Yanvarın 5-də ABŞ kəşfiyyatının ən yüksək vəzifəli rəsmiləri Senatın Silahlı Qüvvələr Komitəsinin qarşısında ifadə veriblər. Onların ümumi rəyinə görə, Moskva seçkilərə Trampın Klinton üzərində qələbəsini təmin etmək məqsədilə müdaxilə edib.
Konqresmenlərdən birinin «siz müdaxilənin Putinin motivinə bağlılığını açmısınızmı» sualına cənab Klepper müsbət cavab verib.
Senat dinləməsi üçün hazırlanmış ifadədə bildirilir ki, Rusiya ABŞ-ın maraqlarına ən geniş şəkildə təhlükə yarada biləcək təkmil kiberproqrama malikdir.
İfadədə qeyd olunur ki, «Rusiya ABŞ-ın hökumət, hərbi, diplomatik, kommersiya və mühüm infrastrukturuna tammiqyaslı təhlükə təşkil edir».
İfadəni cənab Klepperdən başqa müdafiə nazirinin kəşfiyyat üzrə müavini Marsel Letter və Milli Təhlükəsizlik Agentliyinin direktoru admiral Maykl Rogers imzalayıblar.
Dinləməni açan senator Makkeyn xatırladıb ki, «biz bura prezident seçkisinin nəticəsini şübhə altına almaq üçün toplaşmamışıq».
"Biz deyə bilmərik ki, onlar seçkinin heç bir nəticəsini dəyişməyiblər və sair…» – deyib Klepper Rusiya kəşfiyyatının əməliyyatı barədə.
O, əlavə edib ki, bu məsələdə rusların bir çox motivləri ola bilərdi. "Biz bu müdaxilənin elektoratın etdiyi seçimə təsir miqyasını ölçmürük» – deyib Klepper.
Klepper senator Makkeynin Rusiya müdaxiləsini «müharibə aktı» adlandırmasını bir qədər ağır yanaşma kimi qiymətləndirib.
Tramp isə indiyədək Rusiyanın seçkiyə müdaxiləsinə dair bütün iddiaları rədd edib. (Azadlıq Radiosu)