«İnvestisiyalar 200 milyon dollara çatıb»
Poroşenko: «Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ukrayna cəbhəsində kritik ay
Putin andiçmə mərasiminə və Qələbə gününə hədiyyə kimi Çasov-Yar təpələrini istəyir
-
Rusiyanı gözləyən təhlükə
Ukraynadan qayıdan əsgərlər tərəfindən törədilən qətllərin sayı 9 dəfə artıb
-
İslahat yelləri ...
... Yaxud “sınıq maşının” pis işləməsinə görə deyinənlər
-
Zelenski Davosda çıxış edib
“Dünya Rusiyanın hərəkətləri fonunda dönüş nöqtəsinə çatıb”
-
“Onun verdiyi vədlər yalan idi”
Saakaşvili: “Poroşenko məndən tələb edirdi ki…”
-
Naşı qara qutu
Ukrayna niyə artistə üstünlük verdi?
-
Ukrayna seçkiləri
“Xalqın xidmətçisi” kim olacaq?
-
Ukrayna seçkilərindəki komediya
İkinci turda hansı namizədlər yarışa bilər?
-
“Sehirli çubuq”lu prezident
Ukraynanı ancaq o xilas edə bilər
-
Poroşenkonun ikinci cəhdi
Ukrayna prezidenti üç cəbhədə mübarizə aparmaqla, reytinq cədvəlinə də başçılıq edir
-
Prezident Davosdadır
İlham Əliyev Dünya İqtisadi Forumunun rəhbəri ilə görüşdü
-
Ukrayna MDB-dən çıxır
Petro Poroşenko XİN-ə tapşırıq verdi
-
«Məni ölkədən ağlını itirmiş barıqa sürgün etdi»
Saakaşvili Ukraynaya qayıdacağına söz verdi
-
Prezidentlər görüşdü
İlham Əliyev və Petro Poroşenko iki ölkə arasındakı əməkdaşlığın nəticələrini müzakirə edib
-
Saakaşvilinin sürücüsü «möhkəm döyülüb»
Vladimirə beyin silkələnməsi diaqnozu qoyulub
-
«Əgər məni öldürsələr...»
Mixail Saakaşvili: «... yenə qayıdıb missiyamı başa çatdıracam»
Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb. Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Petro Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
«Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb», - deyə dövlət başçısı bildirib.
İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.
Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.
Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.
Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Bunu isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Petro Poroşenko deyib.
«Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq», - deyə o bildirib.