«Alver mənbəyinə çevrilib»
Siyavuş Novruzov: «Bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MSK-da saxtakarlıq
Qanunsuz olaraq “Dövlət qulluqçusu” adı altında 50 nəfər işə götürülüb
-
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Sənin hansı simana inanaq?”
YAP-dan Əli İnsanova sərt reaksiya
Azərbaycanda bəzi imkanlı şəxslər siyasi partiyaları pulla alaraq gələcək məqsədləri üçün dondurulmuş vəziyyətdə saxlayır. Bunu azvision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Komitə sədri bildirib ki, bu, bəzi siyasi partiyaların alver predmetinə çevrildiyinin göstəricisidir: «Təəssüf ki, bəzi siyasi partiyalar alver mənbəyinə çevrilib. İmkanlı adamlar həmin partiyanı alır və sandığında saxlayır ki, gələcəkdə istifadə etsinlər. Bununla bağlı nümunələr var. Hələlik həmin şəxslər və partiyaların adlarını açıqlamaq istəmirəm».
S.Novruzov prosesin necə baş verdiyini də açıqlayıb: «Azərbaycanda qeydiyyatdan keçmiş partiyalar var və onlar fəaliyyət göstərmirlər. İmkanlı şəxs həmin partiyanın sədrinə müəyyən məbləğdə pul təklif edir və partiyanı alır. Partiya sədri partiyanı alver predmetinə çevirir. Möhürünü isə imkanlı şəxsə təhvil verir. İmkanlı şəxs isə aldığı partiyanı dondurulmuş formada saxlayır. Sabah lazım olanda həmin şəxs qurultay keçirir və partiya sədri olur. Belə olanda isə partiyanı yenidən qeydiyyata almağa ehtiyac qalmır».
Komitə sədri vurğulayıb ki, Azərbaycanda fəaliyyətsiz partiyaların fəaliyyəti dayandırılacaq: «Azərbaycanda 100-ə yaxın partiya var və onlardan 54-ü qeydiyyatdan keçib. Yəni, 46 partiyanın qeydiyyatı yoxdur. Qeydiyyatda olanların böyük əksəriyyəti isə kağız üzərində fəaliyyət göstərir. Partiya nizamnaməsinin qarşıya qoyduğu tələblər-seçkidə iştirak, kadrların hazırlanması, alternativ layihələrin verilməsi və digər bu formada olan məsələlər yerinə yetirilmir.
Təəssüflər olsun ki, onlar heç bir işlə məşğul olmurlar. Ancaq arabir bəyanat verməklə funksiyalarını başa çatmış hesab edirlər. Bu baxımdan dünyanın hər yerində, məsələn Avstriyada iki il belə fəaliyyət göstərən partiyaların qeydiyyatı avtomatik olaraq ləğv edilir. Yaponiyada, o cümlədən onlarla ölkədə prosedur ləğv edilir».
S.Novruzov əlavə edib ki, hər bir partiya Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidir: «Əfsuslar olsun ki, bir sıra partiyalar, ümumiyyətlə, maliyyə hesabatı vermir. Bəziləri isə verdiyi hesabatın qarşısında sıfır rəqəmi yazır. Halbuki kifayət qədər işçiləri var, fəaliyyət göstərir, gündəlik işləyir. Bunlar gedib gündüzlər müəllimlik edib, sonra işləmirlər. Səhərdən axşama qədər ofislərində fəaliyyət göstərirlər. Amma adına əməkhaqqı yoxdur. Yəqin hava ilə yaşayırlar. Bu baxımdan digər partiyaların balansında maşınları, cangüdənləri, böyük ştatlı aparatları var. Bu, qeyri-şəffaflığa yol açır və qaranlıq mənbələrdən qidalanmanın bariz nümunəsini ortaya qoyur».