vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KRİMİNAL, CİNAYƏT  
21:19 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 1761 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dollar fırıldağı» baş tutmadı

Kiyevə uçan sərnişini təkrar yoxlayarkən 26 min dollar çıxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən düzgün bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən VAXT.AZ-a verilən məlumata görə, Bakı-Kiyev aviareysilə getmək istəyən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən üzərində 10.000 dollardan başqa xarici valyutanın olmadığını bildirib. Lakin vətəndaşın hərəkətləri gömrük əməkdaşında şübhə doğurduğu üçün o, sərhəd nəzarətindən keçdikdən sonra steril zonada saxlanılıb və üzərində təkrar şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın gödəkcəsinin cibindən 264 ədəd - hər biri 100 dollar nominalında əsginaslar olmaqla, cəmi 26.400 dollar aşkar edilib.

Vətəndaş izahatında bildirib ki, 26.400 dollar məbləğində xarici valyutanı Ukraynaya kommersiya məqsədilə aparmaq istəyib. Lakin qanunla müəyyən edilmiş həddən yuxarı olduğuna görə, 10.000 dollardan artıq olan 16.400 dolları əvvəlcədən tanımadığı iki sərnişinə verərək gömrük nəzarətindən keçirməyi xahiş edib. Gömrük nəzarətindən keçdikdən sonra isə steril zonada həmin şəxslərə verdiyi valyutanı geri alıb.

Beləliklə, vətəndaş gömrük orqanını aldadaraq, qanunla icazə verilən 10.000 dollardan artıq olan 16.400 dolları digər sərnişinlərə paylayaraq qanunsuz yolla gömrük sərhədindən keçirməyə cəhd göstərib.

Faktla bağlı araşdırma aparılır.