vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
13:25 | 20 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Təyyarə istehsalına qədər...»

Pakistanın müdafiə sənayesi naziri Azərbaycanla birgə layihələr haqda

MÖVZU İLƏ ƏLAQƏLİ

«Pakistan Azərbaycanla müdafiə sənayesi sektorunda əməkdaşlığı genişləndirməkdə və birgə layihələr həyata keçirməkdə maraqlıdır».

Bunu «Report»a açıqlamasında Pakistanın müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib.

Nazir qeyd edib ki, Pakistanın müdafiə sənayesi sahəsində böyük təcrübəsi var və Azərbaycan ilə bu istiqamətdə yaxşı əlaqələri mövcuddur.

«Azərbaycan Prezidentinin Pakistana səfəri bu əlaqələri daha da dərinləşdirəcək. Biz Azərbaycanı qardaş olaraq görürük və ona görə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Biz Azərbaycanla geniş spektrdə - kiçikçaplı silah və sursat istehsalından, təyyarə istehsalına qədər əməkdaşlıq etməyi hədəfləyirik. Qardaş Azərbaycanla birgə müəssisələrin yaradılmasına və texnologiya transferinə hazırıq», - deyə, nazir qeyd edib.

Nazir əlavə edib ki, «JF-17 Thunder» döyüş və «Super Mushshak» təlim təyyarələrinin Azərbaycana satışında heç bir problem yoxdur. «Biz «Super Mushshak» təyyarəsinin Azərbaycana çatdırılmasına hazırıq», - deyə, o, vurğulayıb.