vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
12:11 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2533 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ordumuz daha bir şəhid verdi

Yaralı əsgər Əhmədovu xilas etmək mümkün olmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan silahlı qüvvələri təmas xəttində gedən son döyüşlər zamanı yenə itki verib.

Az əvvəl sosial şəbəkələrdə bu barədə yayılan məlumatları Müdafiə Nazirliyi təsdiqləyib. Məlumatda deyilirdi ki, əsgər Əhmədov Elvin Süleyman oğlunun cənazəsi bu gün səhər saatlarında Tovuzun Yanıqlı kəndində ata evinə gətirilib, hazırda onun dəfn mərasimi keçirilir. Əsgərin Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olduğunu onun yaxınlarına deyiblər.

Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda isə belə deyilir: «Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!»