vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
14:48 | 28 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 1549 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Həssas olmaq peşəkarlıq göstəricisidir»

«Məlum video-görüntü Azərbaycan ictimaiyyətində xof, qorxu yaratmaq məqsədi daşıyır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün sosial şəbəkələrdə Xocavənd-Füzuli cəbhəsində yaşanan döyüşdən zonada işğal olunmuş ərazilərimizdə (neytral yox!) qalan əsgər-zabitlərimizin cəsədlərinin videosu yayımlanıb. Videonu düşmən tərəf çəkib və bəlli ki, mənfur məqsədlə. Məsələnin daha ağrılı tərəfi Azərbaycan saytlarında yayılması idi. Özümüzünkülər bilərəkdən, ya bilməyərəkdən şəhid qəhrəmanlarımız bu dəfə öldürdü.

Artıq neçənci dəfədir ki, ölkə KİV-ləri informasiyaların yayılması siyasətində düşmənin xeyrinə işləyən, qeyri-peşəkar addımlar atır. Artıq neçənci dəfədir ki, Azərbaycan Mətbuat Şurası (MŞ) və Müdafiə Nazirliyi bununla bağlı müraciətlər və xəbərdarlıqlar edir. Bu hadisədən sonra MŞ sədri Əflatun ölkə mediasına daha bir müraciət ünvanlayıb. VAXT.AZ müraciəti yayımlayır.


Azərbaycan Mətbuat Şurasının

MÜRACİƏTİ


Bu il fevralın 24-dən 25-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulması nəticəsində hərbçilərimiz həlak oldu. Məlum olduğu kimi, Ermənistan hakimiyyəti və hərbi dairələri özünün məkrli xislətindən, çirkin mahiyyətindən irəli gələrək əvvəlcə cəsədlərin götürülməsinə maneçilik yaradırdı. Onların dövriyyəyə buraxdıqları və əsgər cəsədlərinin yer aldığı video-görüntü də məhz həmin müddətdə hazırlanmışdı.

Məlum video-görüntü Azərbaycan ictimaiyyəti içərisində xof yaratmaq, qorxu aşılamaq məqsədi daşıyır. Təəssüf ki, bəzi internet informasiya resursları, eləcə də ayrı-ayrı sosial şəbəkə istifadəçiləri bunun fərqinə varmırlar, məsələyə sentimentallıq çalarları gətirərək paylaşımlar edirlər. Qabardılan cəhət isə əsgərlərin əl-ələ tutaraq şəhid olmalarıdır. Hər bir halda yerdəki cansız cəsədlər Azərbaycan hərbçilərinindir, yaxud Ermənistan tərəfindən Azərbaycan hərbçilərinə məxsus olduğu iddia edilir.

Nəzərə almaq lazımdır ki, övladı, qardaşı, qohumu hazırda cəbhə xəttində xidmət edən vətəndaşlarımız var. Onların həmin görüntüləri izləyərkən hansı ağır hisləri keçirdiklərini təsəvvür etmək çətin deyil. Ermənistan hakimiyyət dairələri də məhz ağır hislərə toxunmaq, inamsızlıq aşılamaq «məqsədi» güdürdülər.

Azərbaycan Mətbuat Şurası internet informasiya resurslarına, ayrı-ayrı sosial şəbəkə istifadəçilərinə müraciət edərək Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntüləri yaymamağa çağırır. Şura kütləvi informasiya vasitələrinə, KİV kimi fəaliyyət göstərdiyini iddia edən hüquqi və fiziki şəxslərə cəmiyyətdə ruh düşkünlüyü yarada bilən, yaratması ehtimal olunan meyllərdən uzaq durmağı, həssas davranmağı tövsiyə edir.

Bir daha bildiririk ki, həssas olmaq peşəkarlıq göstəricisidir. Peşəkarlıq isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin materiallarına istinad, əldə edilmiş məlumatların bu qurumla dəqiqləşdirilməsidir.