«Hələ sentimentallıq çağırışları da ediblər»
Əflatun Amaşov: «Həmin mətbuat orqanları ilə bağlı müvafiq qurumlara müraciət edilib»
Fərid MİRZƏYEV, APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
-
“KİVDF-dən pul ala bilərlər”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
-
“O, hər iki xalqın düşmənidir”
Millət vəkilindən gürcü həmkarlarına müraciət
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Üzrxahlıq əvəzinə təhrifə haqq qazandırır”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
-
Nazir Türkiyəyə gedir
Zakir Həsənov “Efes-2018” təlimlərinin yekun mərhələsinə dəvət olunub
«Erməni dəyirmanına su tökmək, düşmən təxribatına uymaq, ona məqsədinə çatmaqda yardımçı olmaq. Bəzi kütləvi informasiya vasitələrinin, eləcə də müəyyən sosial şəbəkə istifadəçilərinin davranışlarına başqa cür qiymət vermək olmur. Ermənilərin video-görüntülərindəki Azərbaycan əsgərinin cansız cəsədi bizim üçün informasiya yükü daşımamalıdır! Media cəmiyyəti çaşdırmamalı, xof, ruh düşkünlüyü yaratmamalıdır. Hələ sentimentallıq çağırışları da ediblər. «Əl-ələ tutaraq şəhid oldular» kimi sərlövhələr seçiblər. Özü də bunu edənlər içərisində ictimai rəyə müəyyən təsiri olan xəbər saytları da var».
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Şuranın Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin yer aldığı video-görüntünün ölkəmizin bəzi informasiya saytlarında verilməsinə etiraz əlaməti olaraq yaydığı müraciətini şərh edərkən deyib.
Ə. Amaşov bildirib ki, fevralın 24-dən 25-nə keçən gecə ermənilərin növbəti dəfə cəbhə xəttində təxribat törətmələri KİV-in fəaliyyətinə təsirsiz ötüşməyib: «Müşahidələrimiz onu deməyə əsas verir ki, sanki gərginlik dövrü üçün yaradılmış, bir növ mövsümi xarakter daşıyan informasiya resursları meydana çıxdı. Oxşar meyllər əvvəllər də nəzərə çarpıb. Ancaq müqayisə üçün deyə bilərəm ki, 2015-ci ilin avqustundan fərqli olaraq 2016-cı ilin aprelində media daha həssas davranmışdı. Demək olar, bütün məlumatlar Müdafiə Nazirliyinə istinadən verilmişdi. Bir neçə gün əvvəl cəbhədə gərginlik yarananda tam mənada neqativ mənzərəyə şahidlik etdiyimizi söyləyə bilmərik. Ümumən ictimai rəyə əsaslı təsir göstərən KİV həssaslığını qorudu. Ancaq bəzi internet media resurslarının sanki nə etmək istədikləri anlaşılmadı. Müşahidələrimiz onu deməyə əsas verir ki, tələskənliyə yol verənlər, hansısa formada populyarlıq qazanmağı hədəf seçərək media orqanları kimi fəaliyyət göstərdiyini iddia edənlər tapıldı. Onlar Ermənistan tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan hərbçilərinin cəsədlərinin yer aldığı iddia olunan video-görüntünü öz resurslarında yaymaqla ilk növbədə peşəkarlıqdan uzaq davranış ortaya qoydular».
Deputat Mətbuat Şurasının müraciətində məlum video-görüntünü yaymamağa çağırışın ifadə olunduğunu vurğulayıb. «Biz bununla bağlı fikrimizi ifadə etdik. Ümumən də cəbhədəki vəziyyətlə, Milli Ordumuzla bağlı məsələyə həssas yanaşmaq lazımdır. Yeri gəlmişkən, az əvvəl bir video görüntü izlədim. Həmin görüntüdə həlak olmuş əsgərlərdən birinin tabutu evinə gətirilir. Bildiyimiz ürək ağrıdan səhnələr yaşanır. Mənə əlbəttə o ürək ağrısını həmin an kimin görüntülədiyi maraqlıdır. Bu qədərmi asandır belə çəkilişləri etmək?! Söz yox ki, övlad itkisi son dərəcə böyük faciədir. Ancaq daha böyük faciə övlad itkisinə reaksiyanın bir və ya bir neçə media orqanı tərəfindən yayımlanmasıdır. Bununla cəmiyyətə hansı mesajı verirlər?», - deyən Ə. Amaşov bildirib ki, media müharibə dönəmlərində, çətin vəziyyətlərdə cəmiyyətdə ruh yüksəkliyi yaradan vasitə kimi çıxış etməlidir.
MŞ sədri rəhbərlik etdiyi qurumun bir daha jurnalistləri həssas davranmağa çağırdığını vurğulayıb: «Əlimizdə belə yarıtmaz fəaliyyətlə məşğul olan KİV-in konkret materialları da var. Onlarla bağlı müvafiq qurumlara müraciətlər edilib. Məsələ tam ciddiyyəti ilə araşdırılacaq. Heç bir dəlilə-sübuta əsaslanmadan cəbhə xəttinə yaxın kəndlərin guya boşaldıldığınlı iddia edən media orqanı da, düşməndən hansısa kəndi azad etdiyimizə dair yalan məlumat yayan kütləvi informasiya vasitəsi təmsilçisi də qanuni məsuliyyətə dəvət ediləcək. Buna kimsənin şübhəsi olmasın».