vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
08:25 | 3 mart 2017 | Cümə Məqaləyə 2522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksikanın neft ehtiyatları artıb

4 milyard barel ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Meksikanın energetika naziri Pedro Xoakin Kolduell ölkənin perspektivli ehtiyatlarının təxminən 4 milyard barel neft ekvivalenti artdığını bildirib.

«Report» xəbər verir ki, bu barədə o, ölkənin neft sahəsində beşillik planı ilə əlaqədar öz «Twitter» mikrobloqunda yazıb.

«Beşillik plan perspektivli ehtiyatların 38,844 milyard bareldən 42,681 milyard barel neft ekvivalentinə keçmək imkanı verir», - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, 2015-ci ildə təsdiq olunmuş bu plana edilən dəyişikliklər tenderə çıxarılacaq neft sahələrinin 2 faiz artmasına, ölkənin perspektivli ehtiyat həcminin isə 10 faiz artmasına imkan verib. Plana ümumilikdə işlənmə və hasilat üçün cəmi 509 blok və karbohidrogen xammalının hasilatı üçün 82 neft sahəsi daxil olub.

Hazırda Meksika gündə təqribən 2 milyon barel neft hasil edir (dünya üzrə 12-ci yer). Halbuki 10 il əvvəl «Pemex» şirkətinin hasilatı rekord həddə - 3,38 milyon barelə çatmışdı.