vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
15:22 | 18 mart 2017 | Şənbə Məqaləyə 2673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı İslamabadın əsas silahı ilə maraqlanır

Azərbaycan diqqəti Pakistanın «Şahin» ballistik raketinə yönəldib

Fərhad MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan son bir ildə Pakistanla hərbi-texnikki sahədə əməkdaşlığa dair danışıqları intensivləşdirib. Virtualaz.org xəbər verir ki, bu barədə «The Nation» Pakistanın hərbi-siyasi dairələrinə istinadla yazır. Bildirilir ki, ötən ilin aprelində Qarabağda gedən dörd günlük müharibəbin ardınca Azərbaycanın hərbi sahədə Pakistanla təmasları sürətlənib.

Qəzet yazır ki, Azərbaycanla Pakistan arasında son vaxtlar keçirilən danışıqlarda əsas diqqət silah alqı-satqısına yönəlib. Lakin tərəflərin hərəsinin öz maraqları var. Bakı Pakistanın qabaqcıl hərbi sənayesinin imkanlarından istifadə etmək və birgə müəssisələr yaratmaq istəyir. Bu çərçivədə Pakistanın hərbi sənaye şirkətləri Azərbaycanda özlərinin istehsal və ya yığım müəssisələrini açmalıdır. «Azərbaycan özünün hərbi sənayesini yaramaq çün bu strategiyanı əvvəllər Türkiyə və İsraillə əməkdaşlıqda tətbiq edib», - qəzet yazır.

«Pakistanın çox inkişaf etmiş hərbi sənayesi var. Biz bu sahədə əməkdaşlığa dair detallı müzakirələr apardıq və birgə istehsal üzərində işləyə bilərik», - qəzet Azərbaycan prezidenti İlham Əliyevin Pakistan baş naziri Nəvaz Şəriflə ötən ilin oktyabr ayında Bakıda keçirdiyi danışıqlardan sonra dediyi bu sözləri sitat gətirir.

Danışıqlar intensiv davam etsə də hələlik bir ilkin razılaşma var: Pakistan Azərbaycanda əl qumbaraatanlarının istehsalına dair birgə müəssisə yaratmağa hazırlaşır. Bunu Pakistanın «Global Industrial & Defense Solutions» şirkətinin baş direktoru, istefada olan general-mayor Tarik Cavad deyib.

Bununla belə, Pakistanın marağı daha çox Azərbaycana birbaşa silah satışına nail olmaqdır. Əsas diqqət Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarının Azərbaycana satışına yönəlib. Bildirilir ki, bu təyyarələrlə bağlı tərəflər arasında az qala 10 ildir söhbət gedir, lakin JF-17 qırıcılarının Azərbaycana satışına dair diskussiyalar daha çox ötən il ərzində intensivləşib. Pakistan JF-17 qırıcısını ötən il Bakıda keçirilən ADEX-2016 hərbi sənaye sərgisində nümayiş etdirmək istəyib. «Ancaq təyyarənin Bakıya çatdırılmasında çətinliklər və gömrük probleməri bizi məcbur etdi ki, bu ideyadan imtina edək»-təyyarələri istehsal edən şirkətin marketinq və təchizat direktoru Suhail Said Naik deyib. Pakistan Azərbaycana habelə «Super Mushshak» təlim təyyarələrini də satmaqda maraqlıdır.

Bununla belə, nəşr qeyd edir ki, qırıcıları almaq Azərbaycan üçün prioritet istiqamət deyil, bunun əvəzində Bakı özünün əsas diqqətini ballistik raketlərin və ya hücum silahlarının alınmasına yönəldib. Bura Pakistan istehsalı olan orta mənzilli «Şahin» ballistik raketləri də daxildir. Qəzet yazıb ki, Azərbaycan bu raketlərə ilk dəfə 2014-cü ildə maraq göstərib. Lakin ötən il Rusiyanın Ermənistana «İsgəndər» raketləri verməsindən sonra bu barədə danışıqlar intensivləşib.

Qeyd edək ki, «Şahin» raketlərinin bir neçə modifikasiyası mövcuddur. Çin texnologiyasının köməyi ilə istehsal edilən və Hindistanla qarşıdurmada Pakistanın əsas çəkindirici elementi olan «Şahin» ballistik raketlərinin radiusu 500-600 kilometrdən 2300 kilometrə qədər dəyişir. Raketlər 700-1230 kq ağırlığında müxtəlif modifikasiyalı döyüş başlıqları daşıya bilir. Düşmənin hava hücumundan müdafiə sistemini dəf etmək üçün raketlərin döyüş başlığı hədəfə yaxınlaşanda əsas blokdan ayrılır. Raketlər 12-oxlu mobil platforma üzərində yerləşdirilib.

Azərbaycanı daha çox hərbi sahədə əməkdaşlıq maraqlandırdığı halda Pakistan Azərbaycanla energetika sahəsində əməkdaşlığa maraq göstərir. Qəzet qeyd edib ki, ötən ilin aprelində tərəflər Azərbaycan neftinin və qazının Pakistana satılmasına, energetika sahəsinə investisiyalara dair birgə hökumətlərarası sənəd imzalayıblar. Pakistanın ilkin marağı Azərbaycandan neftvə qaz idxal etməkdir. Nəzəri baxımdan bu mümkündür, ancaq bunun üçün Bakı və İran arasında mürəkkəb svap əməliyyatlarını razılaşdırmaq lazım gəlir. Bu baxımdan Azərbaycan rəsmiləri logistika və iqtisadi sərfəlilik baxımından Pakistana neft-qaz ixracının mümkünlüyünə şübhə edirlər. Habelə Bakının ixrac üzrə üzərinə götürdüyü öhdəlikləri var və satmağa artıq qaz tapacağı şübhə doğurur.