vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 17 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
20:51 | 23 mart 2017 | Cümə axşamı Məqaləyə 2832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Balkanları itirir

Yaxud Avropadakı «soyuq müharibə» haqqında...

Şahin CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya xüsusi xidmət orqanları ötən ilin oktyabrında Monteneqroda (Çernoqoriya) yerli rusiyameylli «Demokratik Cəbhə» və millətçi serblərin (çetniklər) əli ilə dövlət çevrilişinə cəhd etmişdi. Məqsəd qərbyönlü hökuməti devirərək ölkənin NATO-ya üzvlüyünü əngəlləmək idi. (Monteneqronun NATO-ya üzvlük prosesi artıq son mərhələdədir və bu il yekunlaşacaq.)

Yerli hüquq-mühafizə orqanları Qərb xüsusi xidmətlərinin köməyi ilə çevrilişin qarşısını aldılar, lakin əməliyyatı idarə edən Rusiya kəşfiyyatının 2 zabiti qaça bildi.(Adları məlumdur.) Hazırda prokuror Milvoy Katniç bu işin istintaqını davam etdirir və onun təqdimatı əsasında Rusiya kəşfiyyatı ilə əlaqəsi olan bəzi deputatlar toxunulmazlıqdan məhrum edilib.

Bu gün məlum olub ki, Katniçə qarşı sui-qəsd hazırlanıbmış. Bu barədə Monteneqro hökumətinə başqa ölkələrin (güman ki, yenə Qərb) xüsusi xidmət orqanları məlumat ötürüblər və sui-qəsdi həyata keçirəcək Serbiya vətəndaşı yaxalanıb.

Bəs Monteneqro kimi balaca bir ölkə Rusiya üçün niyə bu qədər önəmlidir? Xəritəyə baxanda bunun səbəblərini anlamaq olur. Məsələ burasındadır ki, Monteneqro NATO-ya qəbul olunduqdan sonra yaxın gələcəkdə Bosniya-Herseqovinanın da bu hərbi-siyasi ittifaqa qoşulması ilə Aralıq dənizi hövzəsinin önəmli tərkib hissəsi olan Adriatik dənizi tamamilə NATO ölkələrinin əhatəsində qalaraq bir NATO gölü halına gələcək və Rusiyanın üzünə bağlanacaq.

İkincisi, Monteneqro, eləcə də Bosniya-Herseqovina və Makedoniyanın NATO-ya üzvlüyündən sonra Rusiyanın Balkanlarda yeganə müttəfiqi olan Serbiya dörd bir yandan NATO ölkələrinin əhatəsində qalacaq. Dənizə çıxışının olmaması da nəzərə alınarsa, bu durumda Serbiyanın Rusiya ilə müttəfiqliyi davam etdirərək Qərbə arxa çevirməsinin hər hansı anlamı qalmayacaq, bu müttəfiqliyin strateji əhəmiyyəti xeyli azalacaq. Böyük ehtimalla ölkə Avropa Birliyi və NATO-ya qoşulacaq, bu isə Rusiyanın Balkanları tamamilə itirməsi deməkdir. Təsadüfi deyil ki, Rusiya hazırda Bosniya Serb Respublikasında fəal iş aparır və Makedoniya daxilində makedonlarla albanlar arasında konflikt yaratmağa çalışır. Yaxın vaxtlarda bu regionda yeni gərginliklərin yarandığını eşitsəniz, təəccüblənməyin.

Yekun: Avropada «soyuq müharibə» yeni vüsət alıb və Rusiya bütün cəbhələrdə müqavimət göstərir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)