Mayda ilanlar aktivləşəcək
«Azərbaycanda 26 növdən 6-sı zəhərlidir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nəhəng yırtıcıları udan pitonların ürəkləri necə dözür?
Bu kəşf insanlara ürək sağlamlığı haqqında yeni məlumatlar verə bilər
-
“Erməni iqtisadi möcüzəsi”
Bu fantastların da yuxusuna girmir...
-
İki seçkidən doğan nəticələr
Cənubi Qafqazda demokratik dəyişikliklər dalğası
-
Merkelin Qafqaz səfəri
II yazı
-
Merkelin Qafqaz səfəri
I yazı
-
“Cənubi Qafqazda biz də varıq”
Angela Merkel bölgəyə səfəri ilə bu fikri demək istədi
-
Merkeldən gürcü müxalifətinə üstüörtülü dəstək
Qərb “Gürcü Arzusu”nu siyasi səhnəyə qaytarır?!
-
Merkel Qafqaza niyə gəlir?
Xanım baş nazirin səfəri haqqında 7 qeyd
-
Kreml «valı» çevirir
İrəvanın «iki stul»da oturmaq siyasəti dəngəni dəyişir; «Ermənilər növbəti dəfə Rusiyanı satmasının nəticəsi o olacaq ki...»
-
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Bakı üçün fürsətdir
Politoloq: «Azərbaycan Vaşinqtonun hərtərəfli dəstəyinə bel bağlaya bilər...»
-
ABŞ-Rusiya gərginliyi Cənubi Qafqaza təsirsiz ötüşməyəcək
Konqresin sanksiyaları Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistanda özünü birbaşa göstərəcək
-
Bakının gürzələr olan çimərlikləri
Temperatur yüksəldikcə bağ evlərində, çardaqların altında, su olan yerlərdə onlara daha çox rast gəlinir
-
«Azərbaycan ATƏT-in təkliflərinə veto qoyması...»
De Vaal: «...Qurumun İrəvandakı ofisini hüquqi vakuuma saldı»
-
Yağış da ermənilərə qarşıdı
Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenidən bağlandı
-
«Yazda yeni müharibə başlayacaq...»
Tomas de Vaal: «BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir»
Temperaturun yüksəlməyə başlaması mövsümün ənənəvi problemini də özü ilə gətirib. Söhbət ilan sancmalarından gedir. Zootoksinlər İstehsal-Elmi Araşdırma Mərkəzinin direktoru, Zoologiya İnstitutunda aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovModern.az-a indiki mövsümdə ilanların aktivliyinin normal olduğunu deyib:
«Azərbaycanın ilanlar faunası Cənubi Qafqazda ən zəngin faunadır. Gürcüstanda 54, Ermənistanda 51 ilan sürünən növü varsa, Azərbaycanda sürünənlərin növ tərkibi daha zəngindir. Ölkəmizdə olan sürünənlərin növ sayı 59-dan çoxdur. Bunlardan 26-sı ilanlardır, 3 tısbağalar, 30-u kərtəkələlərdir. Sürünənlər soyuqqanlı heyvanlardır. İlin soyuq aylarında qışlayırlar, isti aylarda isə aktiv fəaliyyətə başlayırlar. İlanların aktivliyi mart ayından başlayır. Azərbaycanın müxtəlif ərazilərində mart ayında temperatur fərqli olur. Yazın gəlişi, torpağın oyanması və temperaturun 14-16 dərəcəyə qalxması onların fəallığı üçün bir siqnaldır. İlanlar qışda torpağın müxtəlif dərinliklərində, süxurlarda, qaya künclərində, ağıla gələn və gəlməyən, soyuq havanın çatmadığı, qarın-yağışın tutmadığı, temperaturun 5-10 dərəcə olduğu yerlərdə qışlayırlar.
O ilanlar ki, torpağın üst qatına yaxın yerlərdə qışlayır, temperaturun qalxması onlara daha tez çatır. Azərbaycanın müxtəlif yerlərində iqlim parametrləri fərqlidir. İstilərin tez düşdüyü aran və düzənlik ərazilərdə ilanların aktivliyi daha çox hiss edilir. Dağlıq və dağətəyi rayonlarda isə ilanların aktivliyi daha gec müşahidə edilməyə başlayır».
T.Dadaşov ilanların ən çox yayıldığı ərazilər barədə də məlumat verib:
«İlanların ən çox yayıldığı ərazilər isti-quraq iqlimə malik düzənliklərdəki yarımsəhralar, bozluq çöllüklərdir. Bu ərazilərdə mart ayından etibarən ilanlar, kərtənkələlər, tısbağaları görmək olar. Əgər günəşli günlərin sayı çoxdursa və torpaq daha çox qızıbsa, ilanlar daha tez də oyana bilər. Hazırda Azərbaycanın Aran və dağətəyi ərazilərində temperatur yüksəldiyindən ilanlar aktivləşməyə başlayıb. İqlimin istiləşməsi, əlverişli mühitin yaranması ilanları daha da fəallaşdırır. May ayından etibarən ilanların fəallığı daha da artacaq. Çünki bu ayda ilanların cütləşmə vaxtıdır. Bu səbəbdən də ilanlar gündüzlər də fəal olmağa başlayacaqlar. İlanların gündüz fəallığı olan növləri azdır. Yay vaxtı torpağın üstü daha çox qızdığından ilanlar gündüz az görünür. Onlar qaynar torpağın üstünə çıxıb bədənlərini yandırmazlar, çünki onlar soyuqqanlıdırlar. Yay vaxtlarında ilanlar əsasən gecələr və səhər 11-ə qədər görünür. Amma hansı günlərdə ki, günəş yeri çox qızdırmır, ilanları bütün gün ərzində aktiv görmək mümkündür».
«İlanların hamısı insan həyatı üçün təhlükə deyil»
Mərkəz direktoru deyib ki, Azərbaycanda yayılan ilan növlərinin hamısı zəhərli deyil:
«26 növ ilandan 6-sı zəhərlidir, 20-si zəhərsizdir. Yəni ilanların hamısı insan həyatı üçün təhlükəli deyil. İlanların çoxu sancır, amma 4-5 ilan növü var ki, əlinə alsan, sancmağa belə cəhd eləmir. İlanlarda özünümüdafiə instinkti var. Nəzərə alaq ki, adicə cücəni belə əlimizə alsaq, o da özünümüdafiə üçün əlimizi dimdikləyəcək.
6 növ zəhərli ilanlardan ən geniş yayılanı levant gürzəsidir. Daha çox Aran və dağətəyi ərazilərdə, Abşeron, Kür-Araz ovalığı, Samur-Dəvəçi, Mil, Muğan, Şirvan düzənliklərində rast gəlinir. Onlar əsasən, torpaq rəngində, başı yastı, üçbucaq şəkilli, nazik və qısa boyunlu, yoğun gövdəlidir, üstündə şahmat formalı, tünd boz və ya açıq rəngli xalları var. Zəhərli ilan sancmalarının da 95 faizi bu ilanların payına düşür. Digər ilan növü olan qalxansifət ilan yalnız cənub bölgəsində-Lənkəran, Masallı, Yardımlı, Lerikdə geniş yayılıb. Bir də dağlıq ərazilərdə kiçik dağ gürzələri var. Onların ən böyüyünün uzunluğu 40-45 santimetrdir. Çox nadir növ olduğu üçün dəfələrlə apardığımız ekspedisiyalar zamanı bu ilana rast gəlməmişik.
Ümumi cəhətlərinə görə ölmüş ilanın bədəninə baxmaqla da onun zəhərli-zəhərsiz olduğunu müəyyən etmək olar. Belə ki, zəhərsiz ilanların bədəni nazik, uzunsov olur, quyruqları bədənlərinin yarısı qədər, başları karandaş ucu boyda, nazikdir. Doğrudur, bəzi ilanlar çox fısıldayır, amma bu, onların zəhərli olduğuna dəlalət etmir. Ən aqressiv ilan xalq arasında qızıl ilan kimi tanınan qırmızı ilandır. Bu ilanlar insanla rastlaşanda digərlərindən fərqli olaraq, insanın üstünə şığıyır, amma zəhərli deyillər. Meşələrdə, yüksək dağlıq ərazilərdə, rütubətli yerlərdə ilanlara rast gəlmək mümkün deyil».
İlan zəhərinə tələbat yaranarsa...
T.İsgəndərov deyib ki, keçən əsrin axırlarına qədər dünyada, eləcə də keçmiş SSRİ-də əczaçılıq zavodlarında ilan zəhərindən müxtəlif məlhəmlər, dərmanlar hazırlanırdı:
«İlan zəhəri çox baha olduğu üçün bəzi hallarda o, başqa maddələrlə əvəzlənirdi. Amma indinin özündə gürzə ilanın zəhərindən istifadə edərək «viprosol» məlhəmi hazırlanır. Məlhəmi Estoniyanın dərman zavodu buraxır, apteklərdə tubik şəklində satılır. Zavod bu dərmanı istehsal etməklə brend adı qazanıb. İnsanlar yalnız bu zavodun məlhəmindən istifadə edirlər. Azərbaycanda da bu tərkibli dərmanlara ehtiyac yaranarsa və tikiləcək zavodlarda istehsal başlayarsa, biz o zəhərə olan tələbatı ödəyə bilərik».
İlandan necə qorunmalı?
Ekspert bildirib ki, əgər ilan təhlükəsindən qorunmaq istəyirsinizsə, ilk növbədə yaşayış yerinin səliqə-sahmanlı olmasına diqqət edin: «Çalışın ki, ilan üçün əlverişli şərait olmasın. Yəni ərazidə ilanın qidalandığı siçan, siçovul, müxtəlif gəmiricilər, onun gizlənə biləcəyi kol-kos bitməsin, daş-kəsək olmasın».
El arasında «İlanın zəhləsi yarpızdan gedər» məsəli mövcuddur. Alim bunun əsaslı olduğunu deyib: «İlan oriyentasiyasını qoxu ilə edir. Yəni qida, gizlənmə yeri, bir-birilərini tapmaqda iybilmə qabiliyyətləri onların köməyinə çatır.
Olduğunuz yerin abadlaşdırılması, ilanlar üçün gizlənmə yeri qoymamaq, ondan qorunmaq üçün ən yaxşı vasitədir. Bu o deməkdir ki, siz ilanı həmin yerə «zəncirləsəniz» də orada qalmayacaq.
İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, yuyucu vasitə, kükürd, kerosin, mazut, kül tökə, yaxud da yarpız, sarımsaq kimi bitkiləri qoymaqla ilandan qoruna bilərsiniz».