vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
14:08 | 21 aprel 2017 | Cümə Məqaləyə 2100 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bölgədə harda bir problem var, orada İranın barmağı var»

Ceyms Mattis: «Yəmən savaşı həlli olunsa, Tehranın nüfuzu qalmayacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 19-da Ər-Riyada səfər edən ABŞ-ın müdafiə naziri Ceyms Mattis, Səudiyyə rəsmiləri ilə görüşlərdən sonra jurnalistlərə açıqlamasında İranın region ölkələrinin daxili işlərinə qarışmasından və bölgənin sabitliyini pozmağa cəhdindən danışıb.

Rəsmi Tehranın Yəməndəki «husi»lərə hər tərəfli yardımına toxunan Mattis bildirib ki, əgər Yəmən savaşının həlli üçün bir yol tapılsa, İranın bölgədəki nüfuzu aradan qaldırılacaq: «Bölgədə harda bir problem var, orada İranın barmağı var. Biz, İranın region ölkələrinin sabitliyini pozmağa yönələn cəhdini və onun məntəqədə Livan «Hizbullah»ına bənzər yaraqlı qruplaşmalar yaratmaq barədəki fəaliyyətini zərərsizləşdirməliyik. Bir daha bildirirəm ki, biz müttəfiqlərimizlə düz yoldayıq və bu yolu davam etdirəcəyik».