vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
QALMAQAL  
16:16 | 24 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gedin bunu Vergilər Nazirliyi ilə həll edin»

Deputatdan qanun layihəsinə etiraz

Mirmahmud KAZIMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bir çox ölkələrdə bu qanun fəaliyyət göstərir. Amma MDB məkanında mən eştməmişəm. Bu qanunun müsbət tərəfləri çoxdur».

Modern.az xəbər verir ki, bunu Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye  və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında «Daşınar əmlakın yüklülüyü haqqında» qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, Azərbaycanda bizim mühitə uyğun olaraq daşınar əmlakı, yəni ev əşyalarını qoyub kredit götürmək o qədər də qəbul olunmur.

«Bu bizim mentalitetə bir o qədər də uyğun deyil. Bunu izah etmək lazımdır ki, bu insanların xeyrinədir. Mən sizə açıq deyim. Burada əsas məqsəd bank sektorunun sağlamlaşdırmaq və aktivləşdirməkdir».

V.Əhmədov qeyd edib ki, qanun layihəsində mübahisə doğuran məsələ vergi ilə əlaqədardır. «Dövlət büdcəsinin təxminən 60 faizindən çoxunu Vergilər Nazirliyi ödəyir. Bu ildən asılı olaraq, 70, 80 faiz də olur.

Ona görə də vergi sistemi ilə əlaqədar sizin o yazdığınız keçə bilməz. 4.2.1 və 4.2.2-ci maddələrdə qeyd olunub ki, növbəlilik. Vergi orqanlarına elə olur ki, gündə 2-3 min sənəd verilir. Banklarla işləyirlər, həbs qoyurlar ki, vergini yığa bilsinlər.

Amma sən növbəliliyə qoyandan sonra onu bankda tuta biləcəksən? Çoxlu vergi borcları yaranacaq burda. Mən təklif edirəm ki, bu maddələr buradan çıxarılsın. Əgər bu maddələr çıxarılmasa, sabah siz bizim üçün dövlət büdcəsində vergi ilə əlaqədar olaraq problemlər yaradacaqsınız».

Vahid Əhmədov komitə sədri Ziyad Səmədzadəyə müraciətlə deyib: «Ziyad müəllim, əgər biz sizin bu iki maddə ilə qanunu qəbul etsək, sabah bizim dövlət büdcəsində çox böyük bir problem yaranacaq. Bu məsələ həllini tapmalıdır. Yoxsa bu qanun səsə qoyulsa mən səs vermyəcəyəm. Gedin Vergilər Nazirliyi ilə bunu həll edin. Bu milyonlarla yox, milyardlarla problem yaradacaq».