vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
14:48 | 27 aprel 2017 | Cümə axşamı Məqaləyə 2001 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalta yalanı ifşa olundu

Azərbaycana qarşı böyük təxribat üstü açıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 20-22-də tanınmamış Krım respublikasının Yalta şəhərində keçirilən III beynəlxalq iqtisadi forumla bağlı qalmaqal yaranıb. Hər şey ondan başlayıb ki, Ukraynanın UNN agentliyi Krım Muxtar Respublikası (KMR) Prokurorluğunun forumda iştirak etmiş xarici iştirakçıların qatılması faktı üzrə cinayət işi açıldığı və bu sırada Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri olduğu barədə xəbər yayıb.

KMR mətbuat xidməti vurğulayıb ki, xarici vətəndaşların yarımadanın müvəqqəti işğal olunmuş ərazilərinə getməsi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi razılıq əsasında olmalıdır, əks təqdirdə, bu, Ukrayna qanunvericiliyinin pozulması deməkdir. Azərbaycanın tanınmış brendlərinin nümayəndələri dərhal məsələyə reaksiya verərək, Yaltadakı forumda iştirakçı olmadıqlarını bəyan ediblər. Məsələn, Azərbaycan Beynəlxalq Bankı, «AzərsunHolding», «Azərkosmos» ASC və SOCAR rəsmiləri belə bir forumda iştirak etmədiklərini deyiblər. İqtisadiyyat Nazirliyi rəsmiləri də Azərbaycanın Rusiyadakı Ticarət nümayəndəsinin Yalta forumunda iştirak etmədiyini bildirib. Bu barədə virtualaz.org-a Ukraynadakı Azərbaycan səfirliyindən bildirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən deyiblər ki, məlumat yayıldıqdan sonra onlar bəzi Azərbaycan şirkətlərinin rəhbərliyi ilə əlaqə saxlayıblar. Onlar cinayət işinin açılması və işləri ilə əlaqədar hər hansı problemlə bağlı iddianı inkar ediblər.

Ukrayna Baş Prokurorluğundan da bildirilib ki, idarənin Azərbaycanın 17 dövlət və özəl şirkətinin nümayəndələri barədə cinayət işinin başlanması barədə heç bir məlumatı yoxdur.

Son olaraq KMR Prokurorluğunun mətbuat xidmətindən "Report"undeyilib ki, hazırda Azərbaycan şirkətlərinin nümayəndələrinin forumda iştirak edib-etmədiyi yoxlanılır, hələlik isə şirkətlərin nümayəndələri cinayət işində yalnız şahid (?-«YM») ola bilər.

«Yeni Müsavat» Yalta forumunda iştirak edən dövlətlərin tam siyahısını əldə edib. Forumda Avstraliya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Çin, Koreya Respublikası, Polşa, Serbiya, ABŞ, Anqola, Braziliya, Venesuela, Dominikan Respublikası, İsrail, İordaniya, Qətər, Kipr, Malayziya, Monqolustan, Myanmi, Nikaraqua, Yeni Zelendiya, Burundi, Fələstin, Tunis, Türkiyə, Finlandiya, Çexiya, İsveçrə, Estoniya, Yaponiya, separatçı Abxaziya, Belarus, Qazaxıstan və Latviya iştirak edib.

Forumda ən böyük nümayəndə heyətini İtaliya təmsil edib. Senator Serjiyo Divinanın rəhbərlik etdiyi nümayəndə heyəti 40 nəfərlə təmsil olunub. Forumda Avropa Parlamentinin Rumıniyadan olan deputatı Laurentiu Rebeqa da iştirak edib.

Türkiyəyə gəlincə, forumda Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Şamil Ayrım iştirak edib. O, «Mərmərə Qrupu Vaqfı»nı təmsil edib. Panel müzakirələrdə çıxış edən Ş.Ayrım türkiyəli investorların və tikinti kompaniyalarının Krıma maraq göstərdiklərini bildirib. 

Qeyd edək ki, forumda 100 milyard rubl dəyərində müqavilələr imzalanıb ki, bunların heç birində Azərbaycan şirkətinin adı yoxdur.