«Qeyri-peşəkarlığından xəbər verir»
Zaxarovanın təhqirinə Amaşovdan təmkinli cavab
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bakı və İrəvan arasında sülh müqaviləsinin...”
Zaxarova: “Dövlət başçıları şərtlərə sadiq qaldıqlarını təsdiqlədilər”
-
“Yeni reallıqları nəzərə almaq lazım gələcək”
Mariya Zaxarova: “Minsk qrupuna düzəlməz ziyan vurulub”
-
Sərhəddə “Təmas qrupu” ...
Moskvanın yeni oyunu?
-
Moskva UNESCO-nu siyasətinə alət edir
Monitorinqlər ünvanlı deyil geniş həyata keçirməlidir
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“İmadəddin Nəsimi və özbək ədəbiyyatı”
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
“Dayanın!”
Zaxarova azərbaycanlı jurnalistə “Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!”
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Ağsu aşırımında erməni radiosu...
Millət vəkili həyəcan təbili çalır
-
“Vəziyyət həqiqətən bərbaddır”
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
-
“Jurnalistlərin Ermənistana səfəri müsbət haldır”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
-
“Prezident həssasdır”
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
-
“Gələcəyimiz naminə ...”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etdiyi videoya baxdım. Onun jurnalistin sözünü kəsməsi, Azərbaycan jurnalistləri ilə bağlı yağdırdığı o həqarətlər qeyri-etikdir.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan jurnalistlərini təhqir etməsi olayına münasibət bildirən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. Ə.Amaşov bildirib ki, Zaxarovanın azərbaycanlı jurnalistləri təhqi etməsi Rusiya XİN nümayəndəsinə yaraşmayan bir hərəkət idi:
«Zaxarovanın vəzifəsi Rusiya XİN-in sözcüsü kimi jurnalistlərin suallarını dinləmək və təmsil etdiyi qurumun səlahiyyətləri müstəvisində onları cavablandırmaqdır. Çox təəssüf ki, biz bunu görmədik, əksinə, mətbuat xidmətinin hərəkətlərinə yaraşmayan bir mövqe sərginləndi, sual verən azərbaycanlı jurnalist təhqir olundu və təmsil etdiyi ölkənin jurnalistlərinə həqarətlər yağdırıldı. Biz bunu birmənalı olaraq pisləyirik. Zaxarova Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərdə niyə olduğunu çox yaxşı bilir. Zaxarova onu da çox yaxşı bilir ki, Dilqəm və Şahbazın üzərində qanunsuz məhkəmə quruldu və bu, beynəlxalq hüquqa ziddir. Zaxarova bu hadisələri araşdırarkən paralellər aparsa, yəqin ki, baş verən olayların dəqiq olduğunu anlayacaq. Hesab edirəm ki, Zaxarovanın azərbaycanlı jurnalsitlərə qarşı bu hərəkətləri onun tutduğu vəzifəyə qeyri-adekvat olmaqla bərabər, həm də qeyri-peşəkarlığından xəbər verir».
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün keçirdiyi brifinqdə Azərbaycan jurnalistlərini təhqir edib. O, APA-nı təmsil edən Fərid Əkbərovun 2014-cü ilin dekabrında qondarma «DQR» məhkəməsi tərəfindən ömürlük həbs cəzası verilən Rusiya vətəndaşı Dilqəm Əsgərovla bağlı sualını yarımçıq kəsərək Azərbaycan mətbuatında bu səpkidə yazılan yazıları «tərbiyəsizlik» adlandırıb.