Piyada keçidləri ilə bağlı vacib dəyişiklik
Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək
Şəbnəm MEHDIZADƏ, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Muzdlular həbs olunacaq”
Baş prokuror: “Biz hətta Xocalı canilərini belə tutub məsuliyyətə cəlb etmişik”
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Baş Prokurorluqda yeni dövr
Zakir Qaralovu o əvəzləyəcək
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
İnzibati Xətalar Məcəlləsinə piyada zolaqlarından keçməklə bağlı dəyişikliklər edilib. Belə ki, daha sürücülər piyadaya o, piyada keçidinə daxil olan kimi yol vermək məcburiyyətində deyil. Yəni sürücü piyadanın hərəkət sürətinə, istiqamətinə mane olmamaq şərti ilə hərəkətinə davam edə bilər.
Fins.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, istənilən halda sürücü piyadaya piyada keçidində yol verməlidir. Sürücü piyadanın hərəkətinə, hərəkət sürətinə mane olmamalıdır: «Əgər piyada piyada zolağına yeni ayaq basıbsa, sürücü ikinci zolaqla hərəkət edirsə, dayanıb piyadanı gözləməməlidir. Əgər sürücü dayanıb 4-6 saniyə piyadanı gözləyərsə, həmin ərazidə nəqliyyat sıxlığı yarana bilər. Bu baxımdan, sürücü piyadaya mane olmamaq şərtilə yolu ilə hərəkət edə bilər. Və yaxud şəhərdə çoxzolaqlı yollar var. Sürücü dayanıb piyadanı saatlarla gözləməməlidir».
K.Əliyev bildirir ki, əvvəllər qanunda göstərilirdi ki, piyada ayağını piyada zolağına qoyan kimi, avtomobillər dayanıb, ona yol verməlidir. Amma sürücü ilə piyada arasında 10-15 metr məsafə varsa, piyadanı gözləmək vaxt itkisidir. Sürücü piyada ilə məsafəni nəzərə alıb hərəkətinə davam etməlidir: «Əgər sürücü piyadanın yaxınlığında olduğunu və hərəkətinin piyadanın həyatı üçün təhlükə yaratdığını görürsə, sürücünün hərəkəti piyadanın hərəkətinə mane və yaxud istiqamətini dəyişməsinə səbəb olursa, sürücü dayanıb piyadaya yol verməlidir».
Bəs görəsən bu dəyişikliyin hansı müsbət tərəfləri var? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyir ki, İnzibati Xətalar Məcəlləsində cərimə məsuliyyəti nəzərdə tutan 330-cu maddənin qeyd hissəsi var: «Bu dəyişikliklə həmin hissəyə izah verildi ki, piyadaya yol verməmək nə deməkdir. Burada həm piyadadan, həm də avtomobildən söhbət gedir. Yəni əgər sürücü digər nəqliyyat vasitəsi, eləcə də piyadanın hərəkət istiqamətinin və sürətinin dəyişilməsinə səbəb olursa, bu artıq o deməkdir ki, siz ona yol verməmiş sayılırsınız. Qanuna əsasən, sağa və sola dönən sürücü piyada keçidini keçən piyadaya yol verməlidir. Eyni zamanda, düzünə hərəkət zamanı da işıqforun yaşıl işığı yanırsa və nizamlanmayan piyada keçidi varsa, sürücü piyadaya yol verməlidir. Əvvəl yolun neçə zolaq olmasından asılı olmayaraq, piyada ayağını zolağa qoyanda sürücü ona birmənalı şəkildə yol verməli idi. Bu isə bir qədər problem yaradırdı. Çünki sürətlə hərəkət edən avtomobil dayanmağa məcbur olurdu ki, bu dayanma da qəza şəraiti yaradırdı. Bu zaman digər avtomobillər də həmin avtomoili arxadan vura bilər. Yəni bu və ya digər problemlər yaşanırdı. O baxımdan, bu qeyd sürücülərin və piyadaların işini bir qədər asanlaşdırmış oldu».
E.Muradlının sözlərinə görə, bu dəyişiklik əslində daha çox sürücülər üçün faydalıdır: «Göründüyü kimi, bu dəyişikliklə yol verməmək anlayışı tam açıqlığa çıxdı. Əgər piyada ilk zolağa addım atıbsa, bu zaman üçüncü zolaqda gedən sürücünün dayanıb ona yol verməsi bir o qədər də zəruri deyil. Çünki bu onun hərəkətinə də mane olmur, istiqamətini dəyişməyə və yaxud da süətini azaltmağa, tam dayanmağa məcbur etmir. Ona görə də bu, qayda pozuntusu sayılmır. Dövlət yol poisi əməkdaşları da həmişə bunu sürücülərə irad olaraq bildirirdi ki, piyada bir neçə zolaq o tərəfdə olduqda sən dayanırsansa, bu zaman sıxlıq yaradırsan. Belə olan təqdirdə, sən avtomobilini sürüb tam rahat gedə bilərsən. Bəzən piyada keçidində piyadanı vuran sürücülər də var. Onlar ya qanunu düzgün başa düşmürlər, ya da ümumiyyətlə, qanundan xəbərləri yoxdur. Burada söhbət ondan gedir ki, sürətini və istiqamətini dəyişməyə məcbur etmirsənsə, bu, piyadaya yol verməmək sayılmır. Yaxşı olar ki, piyadalar da bu qayda-qanunlarla tanış olsunlar. Bəzən piyadalar yolu qaçaraq keçirlər. Bu, həm sürücülər, həm də piyadanın özü üçün təhlükəlidir. Əgər piyada keçidə daxil olarkən görürsə ki, 3-5 metr məsafədən maşın yaxınlaşırsa, başa düşməlidir ki, maşın dayana bilməyəcək. Çünki yüksək süətlə gedən avtomobili 5 metr məsafədə saxlamaq mümkün deyil. Ona görə də piyadalar da bir qədər anlayışlı davranmalıdırlar. Yol sənin olsa belə, dərk etməlisən ki, maşının səni vurma ehtimalı var. Çünki o şüurlu insan deyil, texnikadır. Qarşılıqlı münasibətlər qaydasında olsa, düşünürəm ki, problemlər qısa zaman ərzində öz həllini tapa bilər».
«Digesta» firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov «Kaspi»yə açıqlamasında bildirdi ki, yol hərəkəti qaydalarına əsasən, piyada piyada keçidinə çıxdıqda, avtomobillərin sürətini və özünün təhlükəsizliyini nəzərə almalıdır: «Bu zaman avtomobilə yol verilməli və məsafə nizamlanmalıdır. Bununla piyada həm də öz təhlükəsizliyini təmin etmiş olur. Lakin piyadalarla yanaşı, avtomobil sürücüsü də diqqətli olmalıdır. Əgər sürücü görürsə ki piyada artıq zolağa çıxıb, bu zaman diqqətli olmalıdır. Çünki həmin şəxs xəstə, körpə uşaq, gözdən əlil şəxs ola bilər. Ona görə də piyada zolaqda hərəkət edərkən sürücü ona mane olmamalıdır. Burada əsas söhbət məhz bundan gedir. Hesab edirəm ki, artıq bundan sonra bu kimi problemlər öz həllini tapacaq».