vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ELM-TƏHSİL, DİN  
20:23 | 12 may 2017 | Cümə Məqaləyə 2540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMEA prezidenti «Ginnes»ə düşməyə iddia edir

Akif Əlizadə: «70 ildir ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bəllidir ki, 8-9 saat praktiki olaraq oturaq vəziyyətdə işləmək aktiv hərəkəti azaldır. Çünki həm Elmlər Akademiyasının prezidenti, həm də Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsini icra edərkən hiss edirəm ki, yaşa dolduqca dinamik hərəkətə böyük ehtiyac var. Buna görə də işdən sonra bir az piyada gəzməyi özümə qayda kimi qəbul etdim».

«Report» xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə deyib.

Onun sözlərinə görə, insan piyada gəzəndə fikirlərini də cəmləyib gələcək planlar haqqında düşünə bilir: «Bu mənə ikili xeyir verir. Bir dinamik hərəkət, bir də proqramlarımın təhlili. On dörd yaşından idmanla məşğul oluram. Belə ki, hər səhər 45 dəqiqəlik idman edirəm. Hesablasaq 70 ildir idman edirəm. Bu, gərək «Ginnesin rekordlar kitabı»na yazılsın. Neçə illik idmanla məşğul olmağın nəticəsidir ki, bütün gün ərzində aktiv fəaliyyətdə ola bilirəm».

O, ailəsində yolunu davam etdirənin olmadığını da söyləyib: «Ailəmdə geoloq olan yoxdur. Onlar müasir zamanın tələblərinə uyğun olaraq iqtisadi sahələrə maraq göstəriblər. Bəziləri bank sahəsindədir. Bu barədə onlara xüsusi qadağa qoymamışam. Gənclərə tövsiyə edərdim ki, bir istiqamətdən o birinə tez-tez keçməsinlər».