İlham Əliyevin jurnalistlərə mənzil hədiyyəsi necə paylanacaq
Vüqar Səfərli şərtləri açıqladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Bakının Bayıl qəsəbəsi ərazisində prezident İlham Əliyevin sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş ikinci çoxmənzilli yaşayış binasında mənzillərin nə vaxt və hansı şərtlərlə paylanacağı açıqlanıb. Virtualaz.org xəbər verir ki Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli bu gün keçirdiyi mətbuat konfransında, mənzillərin bölgüsünə dair qayda və şərtləri müəyyənləşdirmək üçün Komissiya yaradıldığını açıqlayıb.
Komissiyaya KİVDF, Milli Televiziya və Radio Şurası və Mətbuat Şurasının hər birindən 3 nəfər daxil edilib. KİVDF-dən Vüqar Səfərli, Müşfiq Ələsgərli, Samir Mustafayev, MTRŞ-dən Nuşirəvan Məhərrəmli, Nemət Cavadov, Aygün Mehdiyeva, Mətbuat Şurasından Əflatun Amaşov, Vüqar Rəhimzadə, Aydın Quliyev Komissiyaya daxil edilib.Komissiyanın sədri V. Səfərlidir.
Mətbuat konfransında yeni binada mənzillərin verilməsi üçün namizədliyi irəli sürüləcək əməkdaşlardan tələb olunan sənədlər açıqlanıb. Həmin KİV namizədin şəxsiyyət vəsiqəsinin surəti, namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada), namizədin ailə tərkibi haqqında arayış, namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli, namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonu da olmalıdır) təqdim etməlidir.
Təqdimatlarda namizədin mənzil-şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır. Jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcək. Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimat verilə bilər.
Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər. Adları Mətbuat Şurasının «qara siyahısı»na daxil edilmiş, barələrində məhkəmə qərarı olan və Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV təqdimat verə bilməz.
Sənədlər may ayının 22-dən iyunun 22-dək Komissiyaya təqdim edilməlidir. Komissiya toplanmış sənədləri iyunun 30-dək Prezident Administrasiyasına təqdim etməlidir.
Şərtlərə görə, ən azı 3 il fasiləsiz fəaliyyət göstərən KİV-in (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet portalı və sayt) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini vermək hüquq var.Televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6 , həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilər. Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.
Vüqar Səfərli deyib ki, KİV-lərdə işləyən texniki işçilərin yeni binada mənzil alması üçün namizədliklərinin verilib-verilməməsi məsələsini Komissiya ilə Prezident Administrasiyası birgə araşdıracaq. Onun sözlərinə görə, burada söhbət böyük redaksiyalardan gedə bilər. Komissiya sədri qeyd edib ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər.
«Ancaq elə saytlar, KİV-lər yaranıb ki, heç o sayda işçiləri yoxdur. Biz sadəcə, maksimum həddi göstərmişik, elə KİV-lər 1-2 namizəd də irəli sürə bilərlər. Hər agentliyin AzərTAC, APA, «Trend» qədər işçiləri yoxdur» - Vüqar Səfərli bildirib.