S.Sərkisyanın sözlərinə görə, Qarabağın işğal zonasında separatçı mübarizə «yeganə doğru yoldur».
«Bu gün, 1988-ci ildə olduğu kimi, öz müqəddəratını təyin etmək üçün mübarizə ən doğru yoldur. Artsax xalqının öz müqəddəratını təyin etmə hüququnu reallaşdırmasının və təhlükəsizliyinə zəmanət yaratmasının alternativi yoxdur. Bu mövqe danışıqlar prosesində də əks olunub», - deyə S.Sərkisyan bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin indiyə qədər nizama salınmamasının günahkarı Ermənistan və ya beynəlxalq vasitəçilər deyil. Və guya danışıqlar prosesinə mövcud status-kvonun saxlanılmasını dəstəkləyən və bunu gizlətməyən Azərbaycan mane olur.
Ermənistan prezidenti, həmçinin deyib ki, Azərbaycanın antierməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparılmalıdır.
Onun sözlərinə görə, bu, Azərbaycan tərəfindən daim təşəbbüs göstərilən bəyannamə və layihələrin sayının azaldılması üçün lazımdır.