Vaxt.Az

Sürüşdü birdən-birə...


 

Almanları əcəl girləyir?

Sürüşdü birdən-birə... Almaniya kansleri Angela Merkel xizək sürərkən qəza keçirib. Merkelin mətbuat katibinin sözlərinə görə, Yeni il tətilini qeyd etmək üçün İsveçrəyə gedən kansler xizəkdə sürüşərkən yıxılıb. Bədənində qırıqlar olduğu üçün Merkel üç həftə ərzində planlaşdırılmış görüşlərini təxirə salmalı olub. Sözçüsü onun bir müddət evdə çalışacağını deyib.
Xatırladaq ki, 10 gün əvvəl «Formula-1» üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer də Alp dağlarında xizək sürərkən qəza keçirərək komaya girmişdi.
 





06.01.2014    çap et  çap et