Vaxt.Az

Avtobus dirəyə çırpıldı


 

Yaralananlar var...

Avtobus dirəyə çırpıldı Bu gün günorta saatlarında Səngəçal yaxınlığında magistral yolda “Hyundai” markalı sərnişin avtobusu idarəetməni itirərək yolun kənarındakı dirəyə çırpılıb.
DİN Baş Dövlət Yol Polisinin növbətçi hissəsindən verilən ilkin məlumatlara görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Avtobusun hansı marşrut ilə işlədiyi hələ məlum deyil. Hazırda qəza yerində araşdırma aparılır.
 





06.01.2014    çap et  çap et