Vaxt.Az

Paytaxtda hərəkət «ölüb»


 

Böyük prospektlərdə nəhəng tıxaclar var

Paytaxtda hərəkət «ölüb» Bakının əsas küçə və prospektlərində tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, bir sıra küçə və prospektlərdə yaranmış tıxac iş gününün bitməsi ilə əlaqədardır.
Bu səbəbdən paytaxtın Üzeyir Hacıbəyov, Rəşid Behbudov küçələrində, Heydər Əliyev, Tbilisi,  Babək, Neftçilər prospektlərində, həmçinin Bayraq Meydanından «Azneft meydanı» istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Sürücülərdən həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrindən az istifadə etmələri tövsiyə olunur.
 





07.01.2014    çap et  çap et