Vaxt.Az

Kamran Ağayev qovuldu


 

Milli qapıçı «Bakı»da qruplaşma yaradıbmış

Kamran Ağayev qovuldu «Bakı»nın qapıçısı Kamran Ağayevin komandadan qovulması ilə bağlı məlumatların yayıldığı barədə xəbər vermişdik. Ağayev açıqlamasında qovulmasından xəbəri olmadığını, bu xəbəri ilk dəfə bizdən eşitdiyini bildirmişdi.
Araşdırmalarımız nəticəsində Kamranın qovulması ilə bağlı xəbər təsdiqini tapıb. Adının çəkilməsini istəməyən «Bakı» rəsmilərindən biri qapıçının qovulduğunu təsdiqləyib. Klub rəsmisi Kamranın hansı səbəbdən qovulduğuna da aydınlıq gətirib. Ağayev klub daxilində intizam qaydalarını pozmaqla yanaşı, qruplaşma yaratmaqda da ittiham olunur. Kamranın yerli futbolçulardan ibarət qruplaşma yaradaraq, legionerlərə qarşı çıxdığı bildirilir. Legionerlər belə durumdan bir neçə dəfə baş məşqçi Pantiçə şikayət ediblər. Pantiç isə məsələni rəhbərliyin diqqətinə çatdırıb. Məsələni araşdıran «Bakı» rəhbərliyi Kamranın günahını sübut edincə, onun qovulması haqda qərar verilib.
«Bakı» rəsmisi onu da bildirdi ki, milli komandanın mənafeyini nəzərə alaraq, Kamranın başqa klubla müqavilə bağlamasına problem yaratmayacaqlar.
 





08.01.2014    çap et  çap et