Vaxt.Az

«Google»da Zaha Hadid günü


 

Nümayiş olunan əsərlər arasında Heydər Əliyev Mərkəzi də vardı

«Google»da Zaha Hadid günü «Google Doodle» 31 may tarixini valehedici və dahi Zaha Hadid günü elan etdi. Google Doodles səhifəsində məşhur memarın şərəfinə, onun özünə və tarixə düşmüş əsərlərinə, həmçinin Bakıdakı Heydər Əliyev Mərkəzinə həsr olunmuş həsr olunmuş dudllar nümayiş etdirilib.

Məhz 31 may 2004-cü il tarixində Zaha Hadid ilk qadın-memar olaraq Nobel mükafatının memarlıq analoqu olan - Pritsker mükafatı ilə təltif edilib (London Su İdmanı Mərkəzinə görə). İki dəfə o Böyük Britaniyanın ən əhəmiyyətli memarlıq mükafatı olan -  Sterlinq mükafatına layiq görülüb. 

Zaha Mohammad Hadid - Ərəb mənşəli İraq və Britaniya memarı və dizayneridir, dekonstruktivizmin nümayəndəsidir.

 





31.05.2017    çap et  çap et