Vaxt.Az

Makedoniyada yeni hökumət quruldu


 

Azərbaycansevərlər yeni kabinetdə yer aldı

Makedoniyada yeni hökumət quruldu «Türk Hərəkat Partiyasının sədri professor Adnan Kahil Makedoniyada qurulan Zoran Zaev hökumətində Türk dünyası məsələləri üzrə nazir vəzifəsini tutub».

Bunu musavat.com-a Türk Hərəkat Partiyasının baş katibi, Makedoniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Enes İbrahim bildirib.

«Adnan Kahil çalışqan və pozitiv siyasətçidir. Azərbaycanı yaxında izləyən bir siyasətçidir. Hər zaman Azərbaycana öz dəstəyini göstərib. Onun Türk dünyası məsələləri üzrə nazir təyin olunması Makedoniya və Türk dünyası arasında əlaqələrin güclənəcəyinə işarədir».

Qeyd edək ki, Enes İbrahim Azərbaycan Balkanlarda müdafiə edən siyasətçilərdən sayılır. Keçən il diaspor üzrə jurnalist Elnur Eltürklə Makedoniya-Azərbaycan Dostluq Cəmiyyəti yaradıblar. Cəmiyyət Makedoniyada fəallığı ilə seçilir.

 





01.06.2017    çap et  çap et