Vaxt.Az

Havalar qızacaq


 

Yağmursuz havada bəzi yerlərdə dumanlı olacaq

Havalar qızacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən yaydığı məlumatda bildirilir ki, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Cənub küləyi gündüz arabir güclənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı proqnozlaşdırılır.
Yanvarın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə ediləcək.
Havanın temperaturunun Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
 





08.01.2014    çap et  çap et