Vaxt.Az

Parisdə görüşəcəklər


 

Təsdiqlənən məlumatı erməni mətbuatı yayıb

Parisdə görüşəcəklər Yanvar ayının ikinci hissəsində Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupununun həmsədrlərinin iştirakı ilə görüşü planlaşdırılır.
APA-nın panorama.am saytına istinadən verdiyi məlumata görə, bunu Peru Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan deyib.
Nalbandyan qeyd edib ki, İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş prosesi davam etdirəcək.
 





08.01.2014    çap et  çap et