Vaxt.Az

Qalaq-qalmayaq?


 

«EL»çilər Milli Şura toplantısı keçirir

Qalaq-qalmayaq? Bu saatlarda El Hərəkatının İdarə Heyətinin toplantısı keçirilir. musavat.com bildirir ki, ilkin məlumata görə, İdarə Heyətində Milli Şura ilə bağlı yaramış vəziyyət, bundan sonrakı mərhələdə «EL»in atacağı addımlarla bağlı müzakirə gedir.
Saytın əldə etdiyi xəbərdə İdarə Heyətində «EL»in Milli Şurada qalıb-qalmaması məsələsinin ciddi müzakirə mövzusuna çevrildiyi deyilir. Mənbənin xəbərinə görə, bir-iki nəfər istisna olmaqla əksəriyyət El Hərəkatının Milli Şuradakı fəaliyyətini dayandırmaq barədə qərar verilməsinin tərəfdarıdır. Ona görə də İdarə Heyətinin belə bir qərar qəbul edəcəyi gözlənilir.
 





09.01.2014    çap et  çap et