Vaxt.Az

İraq ordusu qədim şəhərə hücum edir


 

Mosul uğrunda hərbi əməliyyatlar 9 ayıdır davam edir

İraq ordusu qədim şəhərə hücum edir İraq ordusu Mosul şəhərində özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran silahlı qruplaşmanın nəzarətində olan sonuncu rayona - qədim şəhərə - hücum etdiklərini bildiriblər.

Xüsusi qüvvələr rayona qərbdən, federal polis isə cənubdan irəliləyir, bəyanatda deyilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) qədim şəhərdə 100 minə qədər dinc əhali sıxışıb qalmış ola bilər.

Onlara ərazini tərk etməyə tövsiyə edilib.

Son iki həftə ərzində qərbi Mosulda təxminən 230 dinc sakin öldürülüb, BMT bildirib. Bu ölümlərin bəziləri hava zərbələrindən, digərləri isə İŞİD nəzarətində olan rayonlardan qaçmağa cəhd edən sakinlərin İD snayper atəşindən nəticələnib.

İraq qüvvələri BBC-ə qədim şəhərdə neçə İŞİD döyüşçüsünün qaldığını bilmədiklərini deyiblər.

Rayondan çıxmağa imkanı olan sakinlər qədim şəhərdə vəziyyətin gərgin olduğunu və ərzaq və suyun tükəndiyini bildiriblər.

ABŞ-ın dəstəklədiyi Mosulu ələ keçirməyə yönələn hərbi əməliyyat artıq 9-cu ayındadır. İraq qüvvələri ölkənin 2-ci şəhəri sayılan Mosulun şərq rayonlarını keçən ilin oktyabr ayında ələ keçirib.

Əməliyyatda ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin dəstəyi ilə quruda döyüşən İraq təhlükəsizlik qüvvələri, kürd peşmərgə, sünni ərəb tayfalar və şiə silahlı qruplaşmalar iştirak edir.

İD İraq ordusu məğlub edərək Mosulu 2014-cü ilin iyun ayında ələ keçirib. Bundan sonra İD nəzarətində olan ərazilərdə xəlifəlik elan etdi.

 





18.06.2017    çap et  çap et