Vaxt.Az

Neft ixracında eniş


 

Keçən illə müqayisədə 0,3 faiz azalaraq...

Neft ixracında eniş Ötən ilin dekabr ayı ərzində 2,1 mln. ton həcmində Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarlarına çıxarılıb.
Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu, 2012-ci ilin dekabr ayı ilə müqayisədə 16 faiz azdır. Bu həcmin 1,5 mln. tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.
Ötən il ərzində isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi daha əvvəlki illə müqayisədə 0,3 faiz azalaraq 29,2 mln. ton olub.
Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan boru kəməri istismara verilən gündən bu ilin yanvarın 1-dək Ceyhan limanından 232,8 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
 





10.01.2014    çap et  çap et