Vaxt.Az

Bu dəfə türkmən prezidentə sataşdı


 

««Şəbu hicran»ı oxusun görək oxuya bilərmi?»

Bu dəfə türkmən prezidentə sataşdı «Azərbaycan musiqisi Üzeyir Hacibəylidən başlayıb və bitib. İndi Azərbaycanda Rəqsanə kimilər çoxalıb. Rəqsanə oxuya bilirsə, «Şəbu hicran»ı oxusun görək oxuya bilərmi? Türkmənistan prezidentinə də yazığım gəlir. Gör nəyi oxuyub».
Modern.az-a danışan müğənni Əli Mirəliyev qəzəbini və kinayəsini gizlədə bilməyib.
«İnanımmı» adlı o mahnı Azərbaycan musiqisi deyil, kiçik xalqların musiqisidir. Sözləri Azərbaycan sözləri ola bilər, melodiyası türkmən melodiyasıdır. Ona görə də Türkmənistan prezidentinə «İnanımmı» mahnısını oxumaq asandır. Yəni o, öz mahnılarını ifa edib. «Maral»lar, «Ay canı yanmış»lar, «İnanıb inanmıyanlar» Azərbaycan musiqisini məhv elədilər», – deyə Ə. Mirəliyev qəzəblə qeyd edib. 
Əli Mirəliyevin dediyindən belə çıxıb ki, Rəqsanə nə zamansa türkmən mahnısının musiqisini götürüb və ona Azərbaycan dilində sözlər yazdıraraq, «İnanımmı» adı ilə ifa etməyə başlayıb. 
Qeyd edək ki, Türkmənistan prezidenti son günlərdə internetdə yayılan videosunda Rəqsanə İsmayılovanın oxuduğu «İnanımmı» mahnısının eynisi təkrarlanıb. Bu ifada musiqi eyni, sözlər fərqli olub. Qurbanqulu Berdiməhəmmədovun bu ifası son iki gündə Azərbaycan mediasında və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Berdiməhəmmədovun ifa etdiyi mahnı:


 





10.01.2014    çap et  çap et