Vaxt.Az

«Tam məxfi»də hamının bildiyi «sirr»


 

«Müsabiqəsi elan edilsəydi, böyük fərqlə qazanardı»

«Tam məxfi»də hamının bildiyi «sirr» «Dünya prezidentlərinin həyat yoldaşlarının gözəllik müsabiqəsi elan edilsəydi, birinci yeri böyük fərqlə Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva tutardı». Haqqin.az-ın verdiyi məlumata görə, bu sözləri məşhur rusiyalı publisist, alim-psixoloq, Rusiyanın «Qızıl Qələm» mükafatı laureatı, «Rusiya qəzeti» və «Aktual şərhlər» internet qəzetində bir sıra məqalələrin müəllifi Leonid Radzixovski «Tam məxfi» telekanalının proqramında bildirib.
Proqramın budəfəki buraxılışı müxtəlif dövrlərdə yaşayan və müxtəlif xalqların nümayəndələri olan qadınların siyasətdəki roluna həsr olunub. Söhbət lider qadınların, prezident xanımlarının gözəlliyindən düşəndə isə Leonid Aleksandroviç Mehriban xanımı dünyanın ən gözəl birinci xanımı hesab etdiyini bildirib.
Proqramın aparıcısı isə «o həm gözəl, həm də ağıllıdır» deyə əlavə edib. L.Radzixovski isə dərhal bu fikirlə razılaşaraq İlham Əliyevin həyat yoldaşı Mehriban xanımın həm gözəl, həm də ağıllı, Azərbaycanda öz imici ilə brend olduğunu qeyd edib: «Azərbaycanda Əliyevləri sevən, hətta sevməyən hər kəs fəxr edir ki, prezidentlərinin belə xanımı var».

 





14.01.2014    çap et  çap et