Vaxt.Az

Getdi, qayıtdı, öldü


 

Azərbaycanın qara siyahısına düşən bloqqeri Əzrayıl da eynirəngli siyahıya salıbmış

Getdi, qayıtdı, öldü Bloqqer İlya Varlamov Anton Nosikin öldüyünü bildirib. Virtualaz.org Rusiya portalı «Republic»ə istinadən qeyd edir ki, Varlamov bu haqda öz bloqunda yazıb.

«Ölüm gecə saat iki ərəfəsində baş verib. Başqa təfərrüatlar hələlik məlum deyil», – Varlamov vurğulayıb.

«Exo Moskvı» radiostansiyasının müxbiri Yakov Şırokov bildirib ki, bu informasiyanın doğru olduğu barədə məlumat alıblar.

«Exo» saytı isə yazır ki, Nosikin ölümünə səbəb ürək tutması olub. İnformasiyanı «Facebook»da jurnalist Demyan Kudryavtsev də təsdiq edib.

Xatırladaq ki, qalmaqallı rusiyalı bloqqer Anton Nosik bu ilin martında işğal olunmuş Qarabağa qanunsuz səfər etmişdi.

««Dağlıq Qarabağ Respublikası»na, qədim erməni «Artsax»ına gedirəm. Deyirlər, bütün Zaqafqaziyada ən gözəl yerdir. Belə fikir var ki, hər kəs, hansı ki ora daxil olur, Azərbaycanın ərazi bütövlüyünü pozur. Bu məni utandırmır», - deyə onda Nosik yazmışdı.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi bu səfərindən sonra A.Nosikin adını «qara siyahı»ya salmış və Azərbaycana girişinə qadağa qoymuşdu.

 





09.07.2017    çap et  çap et