Vaxt.Az

Putin «Taksim»dən danışdı


 

"Türkiyə rəhbərliyi bütün mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq"

Putin «Taksim»dən danışdı Rusiya prezidenti Vladimir Putin Türkiyədə baş verən hadisələrə münasibət bildirib. APA-nın “nakanune.ru” saytına istinadən verdiyi məlumata görə, V. Putin ümid etdiyini bildirib ki, Türkiyə hökuməti problemi yoluna qoya biləcək.

“Biz düşünürük ki, Türkiyə rəhbərliyi müxalifətlə, vətəndaş cəmiyyəti ilə dialoq nəticəsində bu gün küçələrdə qaldırılan bütün mürəkkəb məsələlərin həllini tapmağa nail olacaq. Etiraz aksiyalarının legitim formata – insanların bir-birini eşidəcəyi dialoq müstəvisinə keçməsi lazımdır”.
V. Putin Rusiyanın Türkiyə ilə çox yüksək səviyyəli mehriban münasibətlərə malik olduğunu da vurğulayıb.

 





04.06.2013    çap et  çap et