Vaxt.Az

Sərvətinin yarısın istədi


 

Mübariz Mənsimovsa ondan boşanmaq istəyən arvadının iki maşınını zorla əlindən aldı

Sərvətinin yarısın istədi Azərbaycanlı iş adamı, «Palmalı» şirkətlər qrupunun sahibi Mübariz Mənsimov boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı Tamara Mənsimova qarşı savaşa başlayıb. «Qafqazinfo» Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycanda sahibi olduğu bir jurnalın rəhbəri Ülviyyə Qasımova adlı xanımla əlaqələrinin ortaya çıxmasında sonra həyat yoldaşı ilə münasibətləri korlanan iş adamına qarşı Tamara boşanma davası açıb və Mənsimovun 6 milyard dollarlıq mal varlığıın yarısını tələb edib. Əri ilə nikahdan kənar əlaqələrinə görə isə Ülviyyə Qasımovadan 1 milyon lira dəyərində təzminat tələb edib.
Buna cavab olaraq Mübariz Mənsimovun vəkili iki polisin müşayiəti ilə Tamara Qurbanoğlunun yaşadığı Beşiktaşdakı lüks evə gedib və qarajdakı «Bentley» və «Audi» markalı avtomobilləri alaraq oradan uzaqlaşıblar. Durumu vəkilinə bildirən Tamara Qurbanoğlu axtarış qərarı, prokurorun əmri və ya məhkəmə qərarı olmadan belə bir davranışın hüquqa zidd olduğunu öyrənib. O, eyni zamanda Mənsimovun vəkili və iki polisin cinayət törətdiklərini iddia edərək onlardan polisə şikayət edib.
Qeyd edək ki, Mübariz Mənsimovun Tamara Mənsimovadan 3 uşağı (2 qız, bir oğlan) var, Ülviyyə Qasımovadan isə bir oğlu var.
 





16.01.2014    çap et  çap et