Vaxt.Az

Göyçədə rus sualtı qayığı


 

Putin İlham Əliyevin NATO rəhbərliyi ilə keçirdiyi görüşə cavab olaraq ən ağılasığmaz vasitələrə əl ata bilər

Göyçədə rus sualtı qayığı Rusiya Ermənistandakı hərbi mövcudluğunu artırmağa davam edir. Yerli mətbuatın məlumatına görə, Rusiyanın Cənub Hərbi Dairəsində (CHD) Ermənistanda tapşırıqların yerinə yetirilməsi üçün Mi-24P, Mi-8MT, Mi-8SMV helikopterlərini daxil olduğu ordu aviasiya eskadrilyası formalaşdırılıb. «RİA Novosti»nin məlumatına görə, yeni eskadrilya müasir helikopter-qırıcılardan ibarət olacaq və havadan müdafiə sistemini həyata keçirəcək.
Helikopterlərin «Erenbuni» hava imanına bu il çatdırılması planlaşdırılır. 
Çox yaxında Göyçə gölündə ilk Rusiya sualtı qayıqları peyda ola bilər. Bununla da Ermənistanın hərbi-dəniz nazirliyinin əsası qoyula bilər. 
Rusiyanın bu qaynar regionda hərbi qüvvələrini artırması nə ilə bağlıdır? Moskva hərbi gücü məhz kimə qarşı yaradır? Çətin ki, bu gün Rusiya ilə münasibətləri elə də pis olmayan Türkiyəyə qarşı olsun. Burda bir variant qalır - Azərbaycan. 
Kreml sanki bu yolla Dağlıq Qarabağ məsələsində öz prinsipial mövqeyini yumşaltması üçün necəsə rəsmi Bakıya təzyiq etməyə çalışır. Ən əsası isə qərblə danışıqlarla maraqlanmasın. 
Rusiyalı politoloqların diqqətindən ölkə prezidenti İlham Əliyevin bu günlərdə Brüsseldə NATO rəhbərliyi ilə keçirdiyi bir sıra görüşlər də qaçmayıb və bu Moskvanı narahat edir. 
Bu cür hədələrlə onlar bizim ölkəmizin xarici siyasətini neytrallaşdırmağa çalışırlar. Amma görünür ki, onlar bu gün təqvimin 1990-cı il 20 yanvar olmadığını unudublar. Bizim ölkənin qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirməyə, ən əsası da ölkə sərhədlərinin pozulmasının qarşısını almağa hazır olan öz ordusu var. 
Bu gün Azərbaycan dünyada dostları daha çoxdur. Kreml siyasətçiləri bunu da unutmamalıdırlar.

 





18.01.2014    çap et  çap et