Vaxt.Az

Kliçko idmanı tərk edir


 

«Peşəkar boksçu kimi bütün arzularıma çatmışam»

Kliçko idmanı tərk edir Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib. O, bunu rəsmi bəyanatında bildirib. «Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm», - Kliçko bəyanatında qeyd edib.

Aprelin 29-da 41 yaşlı Vladimir Kliçko britaniyalı Antoni Coşua (Anthony Joshua) ilə döyüşdə «Wembley» stadionunda məğlub olub.

Kliçko bu ilin noyabr ayında Joşua ilə Las Veqasda bir daha görüşməli idi, lakin revanş matçından imtina etmək qərarına gəldi.

Kliçko peşəkar boksa 1996-cı il Olimpiadasında qələbə qazandıqdan sonra keçib.

O, ağır çəkidə «WBO», «WBA» və «IBF» versiyalarında dəfələrlə dünya çempionu adını qazanıb.

Peşəkar boksda ilk çempionluq titulunu Kliçko 2000-ci ildə, amerikalı Kris Birdə (Chris Byrd) qalib gələrək qazanıb.

Peşəkar karyerası ərzində Kliçko 69 döyüş döyüş keçirib, onlardan 64-nü - o cümlədən, 54-nü nokautla - qazanıb.

Öz çıxışları ərzində Vladimir Kliçko cəmi 5 dəfə məğlub olub.

 





04.08.2017    çap et  çap et