Vaxt.Az

Britaniya kraliçası taxt-tacı təhvil verəcək


 

4 ildən sonra...

Britaniya kraliçası taxt-tacı təhvil verəcək «İngiltərə kraliçası II Yelizaveta taxt-tacını tərk etmək haqqında düşünür».

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 91 yaşlı kraliça 4 ildən sonra hakimiyyətini oğlu, 68 yaşlı şahzadə Çarlza ötürməyi planlaşdırır. 1953-cü ildən kraliça taxtında əyləşən Yelizaveta İngiltərə tarixində ən uzunmüddətli monrax hesab olunur.

Qeyd edək ki, 2013-cü ildən bu yana Niderland, Belçika və İspaniya kralları hakimiyyətdən gedib, 2017-ci il ərzində isə Yaponiya kralı Akihitonun taxtdan enəcəyi bildirilib.

 





14.08.2017    çap et  çap et