Vaxt.Az

Qubada itkin düşmüş azyaşlı tapılıb


 

Azyaşlı 3 gün ac-susuz qalıb

Qubada itkin düşmüş azyaşlı tapılıb Quba rayonunun Əsgi İqrığ kəndində meşəlik ərazidə itkin düşmüş azyaşlı tapılıb, Fövqəladə Hallar Nazirliyi (FHN) bildirib. 2011-ci ildə doğulmuş Natiq Əliyevi çərşənbə günü səhər 09:45-də tapmaq mümkün olub. Məlumatı uşağın ailəsi də təsdiqləyib.

«Uşağın vəziyyəti normaldır. O, aidiyyəti üzrə təhvil verilib», FHN bildirib.

Sosial şəbəkələrdə azyaşlının itməsi onun son dəfə göründüyü gündən, avqustun 28-dən bəri müzakirə olunurdu.

«Uşaq itkin düşdüyü yerdən 6 kilometr aralıda tapılıb», APA bildirib.

«Azyaşlı 3 gün ac qaldığı üçün tapılarkən halsız olub. O, xilasedicilərdən öncə su istəyib», agentliyin şimal bürosu məlumat verib.

 





30.08.2017    çap et  çap et