Vaxt.Az

Kim kimi öldürüb?


 

Özünü Şerlok Holms hesab edənlərə zehni məşq - qatili və qurbanı tapın

Kim kimi öldürüb? Diqqətinizi cəmləşdirin. Öz gücünüzü bugünkü tapmaca ilə sınayın. Qatilin və qurbanın kim olduğunu təxmin edin. Uğurlar!

Şirkətdəki 5 nəfərdən biri digərini güllələyib.

Biz onların haqqında bunları bilirik.


1. Dadaş dünən günahsızlardan biriylə Nyu-York marafonunda qaçıb.

2. Mikayıl şəhərə köçməzdən əvvəl özünü fermer hesab edirdi.

3. Ceyhun kompüter mütəxəssisidir və gələn həftə Behbud üçün yeni kompüter yığmaq niyyətindədir.

4. Qatilin bir neçə gün əvvəl ayağı amputasiya edilib.

5. Behbud Cavadla 6 ay əvvəl tanış olub.

6. Cavad qətl günündən bu yana insanlar arasına çıxmır.

7. Dadaş əvvəllər çox spirtli içki içirdi.

8. Sonuncu bir neçə kompüteri Behbud və Ceyhun birlikdə yığıblar.

9. Qatil Cavadın qardaşıdır. Onlar Saatlıda bir yerdə böyüyüblər.

Özünüzü Şerlok Holms kimi hiss edin. Qurbanın və qatilin adını söyləyin.


Cavab:

Ceyhun Mikayılı öldürüb.

Aşağıdakılara diqqət yetirin:

1. Cavad qatilin qardaşı olduğu üçün o qatil deyil.

2. Dadaş qatil ola bilməz, çünki o, marafonda iştirak edib. Qatilin isə ayağı amputasiya edilib. O, əməliyyatdan dərhal sonra belə məsafəni qaça bilməzdi.

3. Behbud Cavadla yeni tanış olduğuna görə qatil deyil. Cavad və qatil isə bir yerdə böyüyüblər.

4. Qalır Ceyhun və Mikayıl.

Ceyhun hələ ki sağdır (o gələn həftə yeni kompüterin yığılmasıyla məşğul olmaq fikrindədir, indiki zamanda fel) və demək qatil odur. Mikayıl da həmçinin Cavadla bir yerdə böyüməyib. Aydındır ki, Cavad, Dadaş və Ceyhun hələki sağdırlar. Behbud da sağdır, çünki Ceyhun gələn həftə ona yeni kompüter yığmağı planlaşdırır. Burdan belə nəticə çıxır ki, Ceyhun Mikayılı öldürüb.

Tapmaca «Rosetta Stone» şirkəti tərəfindən təqdim olunub (ətraflı Today Programme saytında).

P.S. Adlar milliləşdirilib.

 





31.08.2017    çap et  çap et