Vaxt.Az

Hərbi gəmilər sahildən ayrıldı


 

Yapon ordusu hazır vəziyyətə gətirildi

Hərbi gəmilər sahildən ayrıldı Yaponiya silahlı qüvvələri hazır vəziyyətə gətirilib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hava hücumundan müdafiə sistemləri Şimali Koreya istiqamətinə çevrilib.

Bundan başqa, Yaponiya kəşfiyyat gəmiləri dənizə buraxıblar. Bu addımlar Şimali Koreya tərəfdən baş verə biləcək müdaxilə ilə əlaqələndirilir. Tokio sentyabrın 9-u Şimali Koreya Respublikasının yaranma günü Pxenyanın növbəti raket sınağı keçirə biləcəyindən ehtiyatlanır. Çünki belə bir hal keçən il baş verib.

Xatırladaq ki, sentyabrın 3-də Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Pxenyanın bu addımı region ölkələrini narazılığına səbəb olub və bölgədə gərginliyi daha da artırıb.

Yaponiya və Cənubi Koreya isə Pxenyana qarşı tətbiq edilən sanksiyalardan başqa, bu ölkəyə neft embarqosu qoyulması ilə bağlı razılığa gəliblər.

 





09.09.2017    çap et  çap et