Vaxt.Az

Polşanın Almaniyadan 50 milyard dollar tələbi


 

Hakim partiyanın siyahısında Rusiya da var

Polşanın Almaniyadan 50 milyard dollar tələbi Polşa Seyminin (parlamentinin) ekspert komissiyası Almaniyadan tələb ediləcək reparasiyalar üzrə 40 səhifəlik yekun sənəd layihəsi hazırlayıb. Virtualaz.org TVP-yə istinadən xəbər verir ki, komissiyanın gəldiyi nəticəyə görə, tələblər haqlıdır.

Bildirilir ki, İkinci Dünya müharibəsi illərində alman işğalı nəticəsində Polşa bütün Avropada ən çox insan və ehtiyat itkilərinə məruz qalıb. Eyni zamanda, ölkənin paytaxtı Varşava şəhəri dağıdılıb.

Ekspertlərin rəyinə görə, rəsmi Berlin Polşada törədilmiş dağıntılara görə bu ölkəyə müharibəyə qədərki məzənnə üzrə 258 milyard zlotı (48,8 milyard ABŞ dolları) ödəməlidir. «Almaniya indiyə qədər Polşaya Qərbi Avropa, ABŞ və İsrailə ödədiyinin cəmi 1 faizini ödəyib», - rəydə göstərilir.

Polşanın hakim «Hüquq və ədalət» partiyası təkcə Almaniyadan deyil, Rusiyadan da reparasiya tələb etmək niyyətindədir.

 





11.09.2017    çap et  çap et