E.Böyükvənd həmçinin bu barədə Sınama və Dəyərləndirmə Təşkilatının Online cavabının təsvirini də yayıb.
Təşkilatın cavabında bildirilir: “Sizin dosyenizdə çatışmamazlıqlar var, istəsəniz “Tehran, Həft-tir meydanı, Kərimxan Zənd xiyabanı, 204 sayılı binanın ikinci mərtəbə”sində yerləşən Sınama və Dəyərləndirmə Təşkilatına müraciət edə bilərsiniz”.
İranda hər il yüksək lisans təhsili almaq istəyən bir sıra öyrəncilər Sınama və Dəyərləndirmə Təşkilatının belə cavabı ilə üzləşir, bundan sonra onların əksəriyyəti təhsilini davam etdirə bilmir. Məsələnin ən pis tərəfi isə ondan ibarətdir ki, təhsilinin davamına qadağa qoyulan öyrəncilərin əksəriyyəti seçilmiş və savadlı öyrəncilər olur. Belə hallara ən çox siyasi fəallar, azərbaycanlı milli-mədəni aktivistlər və bəhai öyrəncilər arasında rast gəlinir. Şübhəsiz ki, dini inancına və ya ictimai-siyasi fəallığına görə kimsəni təhsildən məhrum etmək, insan haqları və demokratik öhdəliklərə zidd davranışdır.
E.Böyükvənd Muğan məntəqəsi sakinidir. Sadəcə mədəniyyət sahəsində fəaliyyət göstərən azərbaycanlı fəal ədəbi-fəlsəfi mövzularda məqalələr yazır.