Vaxt.Az

«Mən buna layiq deyiləm»


 

Emin Ağalarov Putinə kömək etməkdən imtina etdi

«Mən buna layiq deyiləm» Müğənni və bəstəkar Emin Ağalarov gələn ilə planlaşdırılan Rusiya prezidenti seçkilərində Vladimir Putinin etimad etdiyi şəxs olmağa razı olub-olmayacağı ilə bağlı suala cavab verməkdən çəkinib. Virtualaz.org xəbər verir ki, məşhurlar arasında blits-sorğunu «Dojd» telekanalı aparıb.

Emin Ağalarov cavab verib ki, belə bir xahişi şəxsən Putin özü etsəydi, razılaşardı, çünki «prezidentə etiraz etmək olmaz».

«Amma bunu başqası etsə, etiraz edərəm, çünki prezidentə kömək etməyə layiq deyiləm. Mən musiqiçiyəm, biznesmenəm və tamam başqa fəaliyyətlə məşğulam», - Emin Ağalarov bildirib.

 





16.09.2017    çap et  çap et