Vaxt.Az

İrəvanın son ümidi ölür


 

Sərkisyanın alovlu çıxışına cavab sükut olub

İrəvanın son ümidi ölür Ermənistanın siyasi dairələrinin fikrincə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbə sammiti göstərdi ki, Azərbaycanla münaqişədə Ermənistan öz ümidlərini bu təşkilata bağlamamalıdır.

Sentyabrın əvvəlində Ermənistan-Azərbaycan sərhədində bir neçə gün hərbi əməliyyatlar keçirildi. Qarşı tərəf hətta reaktiv raket artilleriyasından da istifadə etdi, yaşayış məntəqələrini atəşə tutdu və qurbanlar oldu. 

Sentyabrın 16-da keçirilmiş sammitdə Serj Sərkisyan Ermənistan sərhədindəki gərginlikdən danışıb, təşkilatın digər üzvləri isə buna sükutla cavab veriblər. Hətta sammitin yekunlarına dair qəbul edilən bəyannamədə belə Azərbaycan-Ermənistan münaqişəsi xatırladılmayıb.

«Ermənistanın hərbi-siyasi rəhbərliyi həmişə özünə ümid bağlayır», - hakim Respublika Partiyasından olan deputat Vahram Bağdasaryan deyir: «Biz həmişə özümüzə ümid etməliyik. Amma hər halda beynəlxalq təşkilatlarla da hesablaşmalıyıq».

KTMT sammitinin yekun sənədində deyilir ki, qurum üzləri fəal surətdə silahlanma yarışına qarşı çıxırlar.

Ermənistanın keçmiş xarici işlər naziri Aleksandr Arzumanyan məəttəl qalıb: Rusiya və Belarus Azərbaycanı silahlandırır, Ermənistanı da silah yarışına dartırlar, sonra da bu cür bəyanat qəbul edirlər: «Bu bizi KTMK-nın nə vaxtsa Ermənistanın xeyrinə, Azərbaycanın strateji dostları olan üzv ölkələrin hansısa sərt qərar verə biləcəyi illüziyasından xilas etməlidir». 

«Miras» parlament fraksiyasının katibi Tevan Poqosyan hesab edir ki, Ermənistanda heç kim KTMT-ni ciddi qurum saymır. Onun fikrincə, KTMT olsa-olsa ucuz qiymətə silah əldə etmək imkanı verir və Azərbaycanda da bunu yaxşı anlayırlar. «Azərbaycan yaxşı bilir ki, sabah müharibə başlasa, orda təşkilatın ordusunu yox, erməni hərbçilərini görəcəyik və ən yaxşı alda bir bəyanat olacaq. Qurum tərəfindən, ola bilsin, Rusiyanın iştirakını görək. Belarus və Qazaxıstan prezidentləri elə Avrasiya İqtisadi Birliyi çərçivəsində daha çox Azərbaycanın mövqeyindən çıxış edirlər. Nə dəyişib ki, KTMT-də onlar başqa bir bəyanat versinlər?» – Poqosyan sual edir.

 





19.09.2017    çap et  çap et