Əslən Şərqi Azərbaycan vilayətindən olan tanınmış fəal, «Amnesty International»ın yayımladığı məlumata əsasən, avqustun 9-da yenidən həbsxanaya göndərildikdən sonra aclıq aksiyasına başlayıb.
Şahabinin sağlamlığının kritik durumda olduğunu bildirən «Amnesty International» onun dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edib.
Həmçinin keçən günlərdə güney təşkilatları və siyasi qruplarına mənsub 30-dan artıq milli və mədəni fəal Rza Şahabiyə dəstək bəyanatı yayımlayıb.
Tehran avtobus şirkəti işçiləri birliyinin təsisçilərindən olan Rza Şahabi işçilərin hüquqlarını müdafiə istiqamətində fəaliyyətləri üzündən illərlə həbsdə olub.