Vaxt.Az

Güneyli fəallar güclərini birləşdirmək istəyir


 

Urmiya gölü böhranı ilə bağlı ümumi etirazlara çağırış

Güneyli fəallar güclərini birləşdirmək istəyir Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Urmiya gölündə dərinləşən böhranla bağlı bütün şəhərlərdə dinc kütləvi etiraz aksiyaları planlaşdırır.

Fəallar bununla bağlı Güney Azərbaycanın müxtəlif şəhərlərində bildiriş yayaraq hər kəsi dinc və mədəni etirazlara qatılmağa çağırıblar. Bildirişdə səlahiyyətli orqanlar və müxtəlif qurumların Urmiya gölü böhranı ilə bağlı fəaliyyətlərinin yararsız və nəticəsiz olduğu vurğulanıb.

Bildirişə əsasən dinc etiraz yığıncağı sentyabrın 23-ü yerli vaxtla saat 17:00-da rəsmi orqanlar, o cümlədən Valilik və İcra Hakimiyyəti (fərmandari) binaları qarşısında təşkil olunacaq.

Bildirişdə vurğulanıb ki, «yığıncağa qatılmaq istəyən əhalinin bir neçə yerə dağılmaması üçün insanlar böyük şəhərlərdə yalnız Valilik binaları qarşısında toplaşsın, başqa yerlərdə hər hansı yığıncaq keçirilməsin».

 





20.09.2017    çap et  çap et